İrəvana AĞIR ZƏRBƏ Qafqazın taleyi Bakıda həll olunur

Analitika 19:45 13.07.2018
“Hesab edirəm ki, ölkə prezidentinin Brüssel səfəri bu günə qədər Azərbaycanla Avropa İttifaqı arasında aparılan danışıqların, intensiv görüşlərin yekunu olaraq imzalanmış əməkdaşlıq prioritetləri sənədi Qərblə ölkəmiz arasında gələcək münasibətlər üçün kompas, yol xəritəsi rolunu oynayacaq”.
 
Bu sözləri millət vəkili Zahid Oruc Prezident İlham Əliyevin NATO-nun Brüsseldə keçirilən zirvə sammitində iştirakını şərh edərkən deyib.
 
O bildirib ki, bu səfər çərçivəsində NATO sammitində müzakirə edilən mövzular Azərbaycanın milli mənafelərinin təminatı baxımından olduqca ciddi məqamları əhatə edir:
 
“Son 5 il ərzində regional və beynəlxalq miqyasda yaşanan hadisələr kontekstində həmçinin, Avropa Birliyinin yaxın qonşuluq siyasətində seçilən altı dövlətin məruz qaldığı sarsıntılar, bölgəsəl təzyiqlər və hətta ərazi itkiləri fonunda Azərbaycanın əldə etdiyi nəticələr son dərəcə uğurlu, düşünülmüş diplomatik addımlar sayəsində əldə olunan nailiyyətlər hesab oluna bilər. İstər təhlükəsilzik, istərsə də iqtisadi, siyasi mənafeələr cəhətdən bu sammit bizim üçün böyük perspektivlər vəd edir. Birinci növbədə Azərbaycan düzgün siyasi addımlar ataraq özünün Rusiya və Avropa arasındakı toqquşmalardan kənarda salxaya bildi. Nəzərə alsaq ki, assosiativ saziş bölgədə olan altı dövlətin də qarşısına qoyulmuşdu. Lakin ilkin olaraq altı dövlət arasından Ukrayna geopolitik axınların qarşısına düşdü və ən ağır zərbəni də o aldı. Yanukoviç hakimiyyətdən devrildi. Əvəzində isə nəinki Krım, 60 min kvadrat kilometrə yaxın Donbas ərazisi itirildi. Belə olan təqdirdə bu nəticəyə gəlmək olur ki, bu dövlətlərin yüksək elitası tərəfindən atılacaq hər bir yanlış addım Rusiya tərəfindən məqsədyönlü şəkildə öz xeyirlərinə doğru istifadə ediləcək. Azərbaycan isə bu regional balansı dəqiq şəkildə hesabladı və bu axından kənarda qalmağı bacardı. Bununla yanaşı da Prezident İlham Əliyev qarşı tərəfə milli mənafeələrimizə uyğun olaraq bir sıra tələblər irəli sürdü. Təbii ki, ən önəmli tələblərimizdən biri Dağlıq Qarabağ mövzusu oldu. Avropa İttifaqının Riqa sammitində əleyhimizə olan bir çox müddəalar sənədləşdirərək müzakirəyə çıxarmışdılar. Nə var ki, Qərb Ermənistanı Rusiyanın əlindən qoparmaq üçün onun könlünü oxşayan, onlara əlverişli olan müddəalar hazırlayacaq. Moldova, Gürcüstan, Ukrayna məsələlərindən fərqli olaraq bizim ərazi bütövlüyümüz onların nəzərində önəmli hesab olunmurdu. Amma bu gün, hazırkı reallıqda biz tam fərqli münasibət görürük. Ölkə başçısının NATO-nun zirvə toplantısında iştirak etməsi və yekun qərarlarda Azərbaycanla bağlı prinsipial qərarların verilməsi hesab edirəm ki, Ermənistana vurulan ən böyük zərbələrdən biri olacaq”.
 
Z.Oruc onu da bildirib ki, BMT səviyyəsində olan qərarlarla yanaşı Aİ-nin də ərazi bütövlüyümüzün tanınması istiqamətində verdiyi rəylər bizim üçün ciddi perspektivlər yaradır: "Çünki nə qədər ki, Azərbaycana məxsus torpaqlar azad olunmayıq beynəlxalq sənədlər bizim mövqeyimizi müdafiə edəcək. Eləcə də bu gün beynəlxalq məkanda ən güclü hərbi siyasi təşkilatlardan biri olan NATO Azərbaycanın ərazi bütövlüyünü tanıdığına dair bəyanatlar yayırsa, bu, Qarabağın işğalı ilə bağlı tərəddüdlərin aradan qaldırılmasına işarədir. Avropa İttifaqında da biz bu yanaşmanın şahidi oluruq. Lakin belə bir məqam da var ki, dəyişilmiş hakimiyyət fonunda Paşinyanın hökumətinin xarixci işlər naziri deyirdi ki, NATO Azərbaycana dair son müddəalarda israr etsə, görüşə qatılmayacaqlar. Bəs nə baş verdi? Nikol Paşinyan görüşə qatıldı. O düşünürdü ki, dəyişən hakimiyyət üçün mükafat Qarabağdan gələcək. Onlar dhesab edirdi ki, üç-dörd dövlət ayağa qalxacaq və ona dəstək verəcək. Bu da onun Qarabağ məsələsini öz xeyirlərinə tanıtmasına kömək edəcək. Lakin bu illüziyaların heç biri özünü doğrultmadı. Son iki gün ərzində cənab Prezidentin Brüseldə Donald Tuskun iştirakı ilə imzaladığı sənəd sübut edir ki, NATO Bakının iradəsini qəbul edib. Cənubi Qafqaz Azərbaycanın mövqeyi olmadan hər hansı bir beynəlxalq güc arasında danışıqlar mövzusu ola bilməz. Bu məsələdə Putin və Tramp arasında keçiriləcək görüş də olduqca əhəmiyyətlidir. Çünki NATO ilə Azərbaycan arasında qəbul edilən tərəfdaşlıq müqaviləsində çox ciddi müddəalar öz əksini tapır ki, bu da gələcək dövrlərdə Qarabağ məsələsində hər hansı bir sual yaradacaq istiqamətin qalmasına imkan vermir. Ermənistanın bütün hüquqi, siyasi resursları bu istiqamətdə aciz qalır”.
 
Z.Oruc Brüssel sammitində alınan qərarların Şərq-Qərb və Şimal-Cənub dəhlizinə də ciddi təsir göstərəcəyini deyib. Onun sözlərinə görə, ermənilər bu istiqamətdə də bizə qarşı təbliğat xarakterli informasiyalar hazırlayır:
 
“Onlar iddia edir ki, Azərbaycan özünün karbohidrogen ehtiyatları ilə Qərbin diqqətini öz üzərinə çəkir. Qərb elitasının mövqeyinə təsir göstərərək, öz mənafelərinə uyğun qərarların verilməsini təmin edir. Amma bir kubmetr qaz da neft kimi Qərbə çox maraqlıdır. Ona görə yox ki, bu gün Qərbin buna böyük ehtiyacı var. Sadəcə olaraq Azərbayacn Qərblə iqtisadi cəhətdən partnyorluğunu həyata keçirən zaman bu bölgədə möhkəmlənir. Brüsel və onun straterqləri yaxşı bilirlər ki, Azərbaycan və Xəzər ekvatoriyası ilə çalışmadan çox mühüm coğrafiyada möhkəmlənə bilməzlər. Gürcüstan onsuz da məkan olaraq kifayət qədər böyük deyil, üstəlik resurs (neft, qaz) qıtlığı yaşayır. Bu baxımdan Qafqazın taleyinin Bakıda həll olunması və Azərbaycanın enerji siyasəti hər zaman Qərbin diqqətini çəkib”.(publika.az)
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO

Xəbər xətti

Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Hamısı