İstər cəbhə bölgəsində baş verən hadisələr, istərsə də bu cür məqamlarda bəzi saytlar, müxtəlif sosial şəbəkə istifadəçilərinin fəallaşması müşahidə edilir.
Bu sözləri “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Media: dini radikalizmlə mübarizə” adlı tədbirdə çıxışı zamanı deyib.
V.Rəhimzadə onu da vurğulayıb ki, düşmən ölkənin xüsusi təyinatlı qüvvələri tərəfindən maliyyələşdirilən bu saytların ictimai-siyasi sabitliyi pozmağa cəhd etməsi istisna edilmir:
“Bu saytları Mətbuat Şurasında araşdırırıq. Məlum olur ki, onların sahibləri xaricdə domen alıb, Azərbaycanla bağlı çaşdırıcı məlumatlar yayırlar".