ABŞ prezidentinin İrana qarşı yürütdüyü sərt siyasət öz bəhrəsini yavaş-yavaş verməyə başlayır. Bugün Yaponiyanın ən nüfuzlu banklarından biri olan Mitsubishi UFJ Maliyyə Qrupu və Mizuho Maliyyə Qrupu ABŞ-a dəstək olaraq İranla maliyyə əməliyyatlarını dayandırmağa qərar verdi. Yəni İranın dünya bazarında maliyyə məsələlərinə yənə zərbə vuruldu, İran ətrafında qara buludlar sıxlaşmağa və iqtisadiyyatı zəifləməyə doğru qedir. Qeyri rəsmi olaraq İranda 1 dollar bizim pulla artıq 10 manata bərabərdir. İran əslində illərdir ki, sanksiyalara məruz qalmasına baxmayaraq cox güclü iqtisadiyyata malik olmuş və heç bir zaman iqtisadi baxımdan sınmamışdır. Əlbətdə ABŞ İranın çökməsi üçün və islam rejiminin dağılması üçün əlindən gələni əsirgəməyəcək, ancaq İran illərdir məruz qaldığı sanksiyalardan batmayıbsa Trampın siyasəti nəticəsində belə batan deyil.
İran keçmişdə də bu cür ağır sanksiyalar tətbiq olunmuş ölkədir. Yəni, İranın sanksiyalara qarşı immuniteti var. Trampvari sanksiyalar İranı diz çökdürə bilməz. Düzdür, ölkə texnoloji və sosial rifah baxımından geri qalır, sürətlə dəyişən dünyadan təcrid olur. Amma, deyə bilərik ki, xalqın yaşayış vəziyyəti onlarla ölkədən qat-qat yaxşıdır. Çünki, İran yuxarıda da qeyd etdiyimiz kimi, sanksiyalara qarşı immunitet qazanıb. Yəni, daxildə özünəməxsus dönən iqtisadi çarx qura bilib. Xalqın güzəranını kafi səviyyədə saxlaya bilir. Bu da ABŞ-ın hədəflədiyi xalqın ayaqlanmasının qarşısını alır.
Ramiyə Məmmədova, politoloq, Qərbi-Kaspi Universitetinin dekanı