Rusiyadan Ermənistana qarşı növbəti aşağılayıcı gediş ermənilər xofda

Analitika 09:34 20.07.2018

Paşinyan özündən çıxdı: “Bu, Ermənistanın suverenliyinə qəsddir”; hərbi ekspert: “Rusiya, faktiki, Ermənistanın üzünə tüpürdü”

Ermənistanın Gümrü şəhərində dislokasiya olunmuş 102-ci Rusiya hərbi bazasının bir qrup hərbçisinin - təqribən 30 nəfər - 18 iyulda yerli əhalini vahiməyə salması işğalçı ölkədə ciddi gərginliyə və anti-Rusiya əhvalının artmasına səbəb olub.

Xatırladaq ki, 102-ci bazanın hərbçiləri bir neçə avtomobildən ibarət kolonla kəndə daxil olaraq xüsusi taktiki təlim məşğələsi keçiriblər. Bu zaman rus hərbçiləri boş patronlarla kənddə intensiv atəş açıb, heç nədən xəbəri olmayan kənd sakinləri güllə səslərini eşidərək evlərindən qaçıb. Bir çoxlarının qorxudan ürəyi gedib. “Yeni Müsavat” erməni mediasına istinadən xəbər verir ki, Artik bölgəsinin Panik kəndi yaxınlığında yaşanan hadisələrlə bağlı Şirak bölgəsinin rəhbəri Karen Saruxyan da danışıb. O bildirib ki, 18 iyulda baş verənlərlə əlaqədar hərbi bazanın komandir müavini Aleksey Palyuxaviçlə görüşüb. Görüş zamanı bildirilib ki, baş verənlər fors-major xarakterli olub. Rus zabit komandir heyətinin bununla bağlı hər hansı əmr vermədiyini iddia edib. Həmçinin bildirib ki, bir daha belə hadisə təkrarlanmayacaq. Saruxyan deyib ki, Palyuxaviç yerli sakinlərdən üzr istəyib və baş verənlərin günahkarlarının cəzalandırılacağını deyib. “Araşdırmalar aparılır və biz nəticəni gözləyirik” - Saruxyan deyib.

Ermənistanda bu hadisə çox sərt reaksiyalar doğurub. Xüsusilə də bundan əvvəl Gümrüdə xidmət edən rus hərbçi Permyakovun bir ailəni məhv etməsindən sonra hərbi bazanın mövcudluğu əleyhinə səslənən fikirlər yenə də aktuallaşıb. Mətbuat yazır ki, nəzərdə tutulmuş qaydaları aşan rusiyalı hərbçilər odlu silahla Ermənistanın istənilən bölgəsinə gedir, hətta istədikləri vaxt atəş açaraq sakinləri qorxuya salırlar. Ermənilər bildirirlər ki, Rusiya hərbçiləri Ermənistanda özlərini heç evlərindəki kimi də hiss etmirlər. Çünki evdə onlara haradasa silahla gəzmək imkanı verilməzdi.

Ermənistanın müdafiə naziri Davit Tonoyan 102-ci bazanın komandiri ilə görüşə hazırlaşır. Nazirlik sözçüsü Artsrun Ovannisyan deyib ki, ola bilsin görüşdə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin də iştirak etsin.

Ermənistan hökumətinin 19 iyul iclasında insident müzakirə olunub (virtualaz.org). Baş nazir Nikol Paşinyan iclasda çıxış edərək bu insidentə görə Rusiya hərbi bazasında məsuliyyət daşıyanların hamısının cəzalandırılmasını tələb edib. “Bəyan etmək istəyirəm ki, bu, sadəcə olaraq, yolverilməz insidentdir. Mən bunu Rusiya-Ermənistan dostluq münasibətlərinə qarşı təxribat və Ermənistanın suverenliyinə qəsd sayıram” - Paşinyan deyib. O bildirib ki, insidentin hansı prosedurla araşdırılmalı olduğu aydınlaşdırılmalıdır. Bu məsələyə Rusiya hərbi bazasına dair müqavilə və Ermənistan qanunvericiliyi çərçivəsində baxılmalıdır. “İstənilən halda Polis insidentlə bağlı materiallar hazırlayır və sonrakı təhqiqatın effektli olmasına ümid edirəm”- Paşinyan bildirib.

Qeyd edək ki, insident Paşinyanın Brüsseldə NATO sammitində iştirakının ardınca baş verib. Moskva onun sammitdə iştirakından narazı idi.

Ä°lgili resim

Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a dedi ki, faktiki olaraq, Rusiyanın 102-ci bazasının əsgərlərinin Şirak vilayətinin Panik kəndində heç bir xəbərdarlıq etmədən təlimə başlaması sıradan məsələ deyil: “Bu, faktiki olaraq, Ermənistan siyasi-hərbi rəhbərlərinə bir növ xəbərdarlıqdır. Yəni ruslar ermənilərə demək istəyiblər ki, ”buranın ağası bizik. İstədiyimiz vaxt istədiyimiz hərəkəti edə bilərik. Geniş anlamda, özünüzü bir az yığışdırın". Özü də, diqqət etsəniz, bu hadisə baş nazir Nikol Paşinyanın NATO sammitinə səfərindən demək olar ki, dərhal sonra baş verdi. Ola bilsin ki, kimlərəsə bu bir qədər qəribə görünə bilər müqayisə baxımından. Amma bu “gözlənilməz təlimlərin” Brüssel səfəri ilə bağlılığı şübhəsizdir. Ümumi qaydaya əsasən isə rusların birbaşa borcu idi ki, onlar yerli icra strukturlarını məlumatlandırsınlar və keçirəcəkləri təlimlə bağlı müəyyən razılıq alsınlar. Bu isə edilməyib və faktiki, Ermənistanın üzünə bir növ tüpürülüb. İndi ruslar etdikləri qaba hərəkətə görə 2-3 nəfəri cəzalandırmaqla vəziyyətdən çıxmaq istəyirlər. Amma hadisə izsiz də ötüşməyək. Bu yekəxanalıq artıq ermənilərdə bir qıcıq yaradıb".

Bununla belə, Ü.Cəfərov hesab etmir ki, baş verənlər Rusiya-Ermənistan arasında 2049-cu ilə kimi bağlanmış müqaviləyə hər hansı ciddi təsir göstərəcək. Amma onun fikrincə, bunlar təsirsiz də ötüşməyəcək: “Baş verənlər şəxsən mənə bir mənəvi rahatlıq gətirir. Çünki əgər ermənilərdə bir balaca ağıl, düşüncə olsaydı, yəqin ki, onlar öz qonşuları ilə daha mehriban, sivil birgə yaşam yolu seçərdilər, nəinki ərazisində yekəxanalığa meylli qoşun birləşməsi saxlayaraq Permyakov, Avetisyan hadisələri kimi çox narahat hadisələri də yaşamazdılar. Hər halda, düşünmürəm ki, Ermənistan siyasi-hərbi rəhbərliyi baş verənləri belə sakitcə həzm edəcək. Bunlara da həyasız və hər şeydə maraq güdən erməni deyərlər”.

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Hamısı