"Elman Paşayev məni müdafiə etdiyi üçün həbs olunub" Oleq Kuznetsov

Analitika 18:03 20.07.2018

Məlum olduğu kimi, Azərbaycan əsilli tanınmış Moskvalı hüquqşünas Elman Paşayev vəkil statusundan məhrum edilərək iki ay müddətinə həbs olunub. O, xüsusilə böyük ölçüdə əmlak almaq məqsədilə qəsb etmə (Cinayət Məcəlləsinin 163-cü maddəsinin 3-cü bəndi) ilə ittiham olunur. Müvafiq qərar Moskva vilayətindəki Mıtişinski Şəhər Məhkəməsi tərəfindən qəbul edilib.

Paşayevə qarşı cinayət işi təxribata bənzəyir. Məsələ burasındadır ki, yüksək titullara malik hüquqşünas o cümlədən azərbaycanlıların qanuni maraqlarını Rusiyada müdafiə edir. Sonuncu belə işlərdən biri erməni terrorizmindən bəhs edən "XX əsrdə transmilli terrorizmin tarixi" kitabını nəşr etdirdiyi üçün rus tarixçisi Oleq Kuznetsovu müdafiə etmək olub. Vəkilin aktiv siyasi fəaliyyəti və məhz "Çestno" partiyanın birinci sədri vəzifəsinə təyin olunması ona qarşı aparılan kampaniya üçün katalizator rolunu oynadı.

Rusiyada nüfuzlu erməni lobbisinin olması nəzərə alınarsa, Paşayevə qarşı iddianın əvvəlcədən hazırlanmış olduğunu düşünmək çətin deyil. Bunu vəkil və siyasətçinin dərhal həbsi və cinayətə cəlb olunması sübut edir. Axı hökm çıxarılana qədər ölkəni tərk etməmək barədə yazılı bildiriş verməsi kifayət edə bilərdi. Güman edilir ki, bu şəkildə Paşayevi öz əhatəsindən təcrid ediblər.

Bakıda olan rus tarixçisi Oleq Kuznetsov Paşayevə qarşı qaldırılmış iş barədə öyrənib. Tarixçi Eurasia Dairy-ə verdiyi şərhində vəkilin həbsinin onu müdafiə etdiyi üçün intiqam olduğu fikrini irəli sürüb. Xatırladaq ki, Kuznetsovun erməni terrorizmi ilə bağlı monoqrafiyası təhqiqat işinin obyekti idi. Tarixçi özü etnik qarşıdurma yaratmaqda ittiham olunurdu.

"Çox xoşagəlməz bir haldır ki, mənim elmi fəaliyyətimə hörmətsizlik cəhdləri şəxsən mənim təqib olunmağımın hüdudlarını aşıb. Mənə yaxın olan, bu və ya başqa şəkildə tarixi və hüquqi həqiqətin müdafiəsi ilə əlaqəli şəxslər zərər çəkirlər. Ümid edirəm ki, Rusiya ədalət məhkəməsi mənə münasibətdə olduğu kimi ədalətli olacaq".

O qeyd etdi ki, Rusiya təcrübəsində qəsb etmə asanlıqla irəli sürülən, lakin çox çətin sübut olunan maddədir.

"Qəsb etmənin əsas fərqləndirici əlaməti pul və digər əmlakı qəsb edərkən zorakılığın tətbiqi və ya zorakılıqla təhdid olunmadır. Paşayevin məsələsində heç bir zorakılıq halı yox idi. Dəlil olaraq səs yazısı var. Buna görə də əminliklə bildirirəm ki, işin qəsb etmə kimi təqdim olunması həqiqətə uyğun deyil", - deyə Kuznetsov bildirib.

Oleq Kuznetsovun sözlərinə görə, Elman Paşayev bu cür qanun pozuntusuna yol verməyəcək zəngin hüquqi təcrübəyə malik insandır. O, bu vəziyyətin Paşayevə qarşı əvvəlcədən hazırlandığına əmindir. Kuznetsov Elman Paşayevin ona qarşı irəli sürülən ittihamlardan şərəflə çıxacağına ümid etdiyini bildirib.

Natalya Quliyeva

Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Kəlbəcərdə "futbol həyəcanı" - VİDEO
11:18 19.04.2024
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
11:15 19.04.2024
“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:50 19.04.2024
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
10:45 19.04.2024
Hamısı