ABŞ-Türkiyə gərginliyi: Paşinyan nəyə can atır? Politoloq

Analitika 17:27 18.08.2018

Ermənistanın Baş naziri Nikol Paşinyan nəyin bahasına olursa-olsun, ABŞ Prezidenti Donald Trampla görüşə can atır. ABŞ-dakı erməni təşkilatları Ağ Evi məktub “atəşinə” tutublar. Təxminən 50-yə yaxın konqresmen də bu prosesə qoşulub və Trampa rəsmi müraciət ünvanlayıblar.

Bu sözləri analitik Elçin Mirzəbəyli qeyd edib. O bildirib ki, bununla bağlı ABŞ mediasında kampaniya da başladılıb:

“Maraqlıdır ki, Paşinyanın Ağ Evdə qəbul olunmasına nail olmaq istəyən dairələr bunun üçün əsas olaraq Vaşinqton-Ankara münasibətlərini göstərirlər. Ağ Evə ünvanlanan məktublarda qeyd olunur ki, Türkiyənin ABŞ-dan və onun maraqlarından üz döndərdiyi bu zaman kəsiyində İrəvan Vaşinqtonla münasibətləri inkişaf etdirməyə can atır. Ağ Evə ünvanlanan məktublarda və PR xarakterli yazılarda Nikol Paşinyanın “demokrat” obrazının yaradılmasına cəhd göstərilir. Lakin Ermənistanın indiki baş nazirinin hakimiyyətdə qalmaq üçün konstitusiyanı dəyişmək istədiyi barədə söz açılmır. Nikol Paşinyan dünən keçirdiyi mitinqdə bəyan edib ki, növbədənkənar parlament seçkilərinin keçirildiyi zaman onun baş nazir postunda qalması üçün konstitusiyaya dəyişiklik edilməlidir. Ermənistanın mövcud konstitusiyasına görə, baş nazir parlament seçkiləri ərəfəsində istefa verməlidir”.

Analitik qeyd edib ki, seçkilərin keçirildiyi dönəmdə və yeni baş nazir seçilənədək real hakimiyyət fəaliyyəti seçkilərarası dövrdə formal xarakter daşıyan prezidentin əlində cəmləşir:

“Bu isə şübhəsiz ki, Paşinyanın maraqlarına cavab vermir. Baş nazir bunu kütləyə olduqca absurd və məntiqsiz bir şəkildə izah edir və bildirir ki, o, istefa verəcəyi təqdirdə parlamentin “gizlicə yeni baş nazir seçəcəyindən narahatdır”. Bu yanaşmanın məntiqsizliyi orasındadır ki, Ermənistan konstitusiyasına görə, baş nazir seçkilər elan edildikdən dərhal sonra istefa verməlidir və yenə də eyni konstitusiyaya görə seçkilər başa çatana və nəticələr rəsmiləşənədək yeni baş nazir seçilə bilməz. O zaman maraqlıdır, görəsən Ermənistan parlamenti seçki dövründə yeni baş naziri necə və hansı konstitusiyaya əsaslanaraq seçəcək? Bəlkə Ermənistanın bir neçə konstitusiyası var? Yaxud Paşinyan istefasından sonra seçkilərin ləğv edilə biləcəyindən qorxur? Ermənistan Konstitusiyasının 93-cü müddəasına əsasən ölkədə növbəli və növbədənkənar seçkilər prezident tərəfindən təyin edilir. Parlamentin səlahiyyəti isə hər iki halda yeni seçilən məclisin birinci iclasında başa çatır”.

Siyasi şərhçi vurğulayıb ki, Ermənistan Konstitusiyasında seçkilərin ləğvi ilə bağlı heç bir konkret müddəa yoxdur:

“Hüquqi məntiqlə isə seçkiləri prezident təyin etdiyi üçün o da ləğv edə bilər. Bunun üçün isə konstitusiyadan çıxış edilərək müxtəlif bəhanələr gətirilə bilər. Məsələn, ölkədə qarşıdurma yaratmaqla, yaxud cəbhə xəttində təxribatlar törətməklə fövqəladə vəziyyətin elan olunması və s. Paşinyanın narahat edən, çox güman ki, məhz bu məqamdır. Məhz bu səbəbdən də kütlənin baş naziri sələfi Serj Sərkisyan kimi hakimiyyətdə qalmaq üçün konstitusiyanı dəyişməyə çalışır. Bu isə onun demokratik və hüquqi islahatlar haqqında səsləndirdiyi fikirlərin siyasi ritorikadan başqa bir şey olmadığını göstərir. İrəli sürülən fərziyyə və ehtimallardan asılı olmayaraq, konstitusiyanın dəyişdirilməsinə cəhddə məqsəd hakimiyyətdə qalmaqdan ibarətdir. Bu isə Paşinyanın sələfi Sərkisyandan bir o qədər də fərqlənmədiyini, demokratik və hüquqi dəyərlərin daşıyıcısı olmadığını göstərir. Hesab edirəm ki, məhz bu amil ABŞ və digər dövlətlərin mətbuatına daşınmalı, Nikol Paşinyanın saxta demokrat obrazı ifşa olunmalıdır”. (axar)

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
16:20 20.04.2024
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
16:00 20.04.2024
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
15:40 20.04.2024
Mövsümündə yetişməyən meyvə və tərəvəz XƏRÇƏNG YARADIR - Ekspertdən AÇIQLAMA
15:20 20.04.2024
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
15:00 20.04.2024
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Hamısı