Paşinyan Merkeldən nə istəyəcək? Kanslerin Cənubi Qafqaz səfərində Dağlıq Qarabağ DETALI

Analitika 16:35 21.08.2018

“Nəzərə alsaq ki, regionda və ümumilikdə dünyada önəmli hadisələr baş verir və Almaniya da Avropa İttifaqının ikinci ən böyük dövlətidir, iqtisadiyyatı isə Avropa İttifaqı daxilində birinci hesab edilir. Bu baxımdan, Aİ-nin əhəmiyyətli bir dövlətinin kanslerinin Azərbaycana gəlişi həm Aİ-Azərbaycan münasibətləri, həm də Almaniya-Azərbaycan münasibətləri yönümündən əhəmiyyətlidir”.

Bu fikirləri politoloq Elçin Mirzəbəyli Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaz ölkələrinə həyata keçirəcəyi səfərini şərh edərkən deyib.

Politoloq görüşlə bağlı digər suallara da aydınlıq gətirib.

- Azərbaycanın Almaniya ilə münasibətləri hansı perspektivlər vəd edir və kanslerin Azərbaycana səfəri Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir göstərəcək?

- Almaniya son dövrlərdə xarici siyasətdə xeyli fəal görünür. Bu fəallıq Almaniyanın Avropa İttifaqının mövqeyindən çıxış edərkən də, öz maraqlarından çıxış edərkən də qabarıq şəkildə nəzərə çarpır. Daha öncə ABŞ-ın qəbul etdiyi qərarlar Almaniya tərəfindən birmənalı şəkildə qəbul edilirdisə, biz artıq beynəlxalq münasibətlərdə Almaniyanın özünün subyektiv baxışlarının olduğunu görürük. Bu fakt son dövrdə ABŞ-la Türkiyə arasında yaşanan gərginlikdə özünü təsdiq etdi. Eyni zamanda, Rusiya ilə də Almaniyanın özünəməxsus istiqaməti var. Belə bir ölkənin nümayəndəsinin regiona səfəri əhəmiyyət daşımaya bilməz.

Almaniya ATƏT-in Minsk qrupunun üzvü olmasa da, aktiv dövlətlərdən biridir və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində öz töhfəsini verə bilər. Digər tərəfdən, Almaniya kanslerinin ölkəmizə səfəri Almaniya-Azərbaycan iqtisadi münasibətlərinin inkişafı baxımından da əhəmiyyət kəsb edir. Azərbaycan üçün özünün müəyyənləşdirdiyi strateji hədəflər var. Bu hədəflərdən biri ölkəmizin iqtisadiyyatının diversifikasiyası ilə bağlıdır. Artıq yeni sənaye müəssisələrinin yaradılması, almaniyalı iş adamlarının Azərbaycana sərmayə yatırması üçün kifayət qədər geniş perspektivlər var. Bu aspektdən də səfər mühüm önəm daşıyır.

- Angela Merkelin səfər marşrutu Tbilisi-İrəvan-Bakı formasında nəzərdə tutulub. Bu istiqamət xüsusi məna daşıyırmı?

- Düşünürəm ki, elə bir fundamental əhəmiyyəti yoxdur. Azərbaycan regionda və bu 3 Cənubi Qafqaz dövləti arasında həm iqtisadiyyatı, geosiyasi mövqeyi, həm də siyasi gücü baxımından ən üst səviyyədə yer tutur. Buna görə də düşünürəm ki, əvvəlki iki dövlətlərlə müzakirələr aparıldıqdan sonra son məntəqə olaraq Azərbaycanın seçilməsinin mənası çoxdur. Çünki danışıqlar prosesinin yekunu Azərbaycanda baş tutacaq. Güman ki, ən önəmli danışıqlar da məhz bu danışıqlar olacaq. Bu gün söhbət enerji layihələrinin həyata keçirilməsindən gedirsə, bunun üçün aparıcı mövqedə dayanan, həm layihənin təşəbbüsçüsü və həm də icraçılarından olan söz sahibi ölkə - Azərbaycan ilə yekun nəticələrə gəlinməlidir. Gürcüstan bu baxımdan passiv mövqe sərgiləyir. Ermənistana gəldikdə isə, bu, işğalçı dövlətdir və indiki şəraitdə Azərbaycanla münaqişələri açıqdır. Ölkəmiz bu günə qədər beynəlxalq hüquq çərçivəsində danışıqların aparılması istiqamətində çıxış edib və mövqeyini ortaya qoyub. İndi isə Ermənistanın baş naziri Nikol Paşinyanın mövqeyinin öyrənilməsinə ehtiyac var. Onun mövqeyinin öyrənilməsindən sonra yekun nəticələrin əldə edilməsi aspektindən Azərbaycanın son məntəqə seçilməsi məntiqlidir.

- Paşinyan Merkeldən nə istəyə bilər?

- Bu gün Nikol Paşinyanın ən çox ehtiyac duyduğu şey Avropa İttifaqının dəstəyidir. Ermənistan iqtisadiyyatı iflasın astanasındadır və ölkə tamamilə Rusiyadan asılı vəziyyətə düşüb. Ölkəyə investisiyaların cəlb edilməsinin qarşısında ciddi maneələr durur. Bu həm ölkədəki siyasi qeyri-sabitliyi, həm də Paşinyanın hakimiyyətdə ciddi mövqeyə malik olmaması ilə əlaqədardır. Digər aspekt isə önəmli sektorların Rusiya şirkətlərinin əlində qalmasıdır. Buna görə də Avropa ölkələrindən Ermənistana sərmayə qoymaq istəyənlər üçün ciddi geridönüş səbəbidir.

Paşinyanın seçki ərəfəsində verdiyi vədlərdən biri Avropa İttifaqı ilə münasibətləri inkişaf etdirmək və Aİ ölkələrindən investitisiyaların cəlb edilməsi idi. Bu günə qədər bu istiqamətdə hər hansı irəliləyiş qeydə alınmayıb. Əksinə, Aİ-nin son dövrlərdə Azərbaycanın ərazi bütövlüyü ilə açıqladığı məsələlər prinsipial şəkildə qeyd edilib. Ermənistan Aİ üçün siyasi baxımından sabit ölkə olmadığına görə Paşinyanın vədləri hələ özünü çox gözlədəcək. Paşinyan cəhd göstərərək Merkeldən investisiyaların yatırılmasını xahiş edəcək. Lakin bunun baş tutması sərmayələri ciddi risk altına atmaq deməkdir.

- Paşinyanın daxili siyasəti hansı istiqamətdə gedir və o, verdiyi sözlərə nə dərəcədə əməl edə bilib?

- Əlbəttə, yox. Prinsip etibarilə Paşinyan yalnız kütlənin qarşısında çıxış etməklə kifayətlənən və kütləni emosionallığa kökləyə bilən bir meydan funksioneri kimi nəzərə çarpır. Onun dövlət idarəçiliyində təcrübəsiz olması, verdiyi qərarların nəticələrini öncədən ehtimal edib nəzərə almaması göz önündədir. Yuri Xaçaturovun həbs olunması üçün qərar qəbul edilib və sonradan buraxılaraq ölkədən çıxmasına icazə verilməsi açıq-aşkar göstərir ki, Paşinyan öz iradəsinə qarşı addım atır. Və deməli o, qərar qəbul etməkdə müstəqil deyil. Köçəryanla bağl faktları da burada xatırlamaq yerinə düşər. Adamlar həbs edilir və Rusiyanın bəyanatlarından sonra azadlığa buraxılır. Bu da Ermənistanın müstəqil siyasətə malik olmadığını göstərir. Bu da göstərir ki, Paşinyan Ermənistanın xarici münasibətlərində də piyadadır. Digər nüans isə Ermənistanın iqtisadi islahatları ilə bağlı irəli sürdüyü müddəalardır ki, bu da absurddur. Çünki bu ölkənin hər hansı təbii resursu yoxdur. İslahatın aparılması üşün Ermənistan, ilk növbədə, işğalçılıqdan əl çəkməlidir ki, region dövlətləri üçün güvənli şərait yarada bilsin.

Paşinyan nə qədər bəyanat verirsə-versin, işğala son qoyulmayacaqsa, hər hansı iqtisadi islahatdan söhbət getməyəcək. Digər iddialar isə hüquqi islahatla bağlıdır. Paşinyan bir neçə nəfər nüfuzlu şəxsi həbs edib istintaqa təhvil verməklə, guya hüquqi islahatlar aparmış oldu. Başdan-ayağa cəfəngiyyatdır. Başqa bir məqam baş nazirin son mitinqində səsləndirdiyi fikirlərdir. Qanunvericiliyə uyğun olaraq, yeni parlament seçkiləri keçirilərsə, seçkidən öncə baş nazir və kabinet istefaya getməlidir. Paşinyan isə bəyan edib ki, o, istefa verməmək üçün konsitutsiyaya dəyişiklik edəcək. Bu da onun Serj Sarkisyandan heç bir fərqi olmadığını ortaya qoyur. Çünki Sarkisyan da hakimiyyətdə qalmaq üçün belə bir dəyişiklik etmişdi ki, hakimiyyət prezidentlikdən transformasiya olunsun və baş nazirin əlində cəmlənsin. Paşinyanın bu addımı sübut edir ki, onun üçün siyasi konyunktura daha önəmlidir, nəinki Ermənistanın qanunvericiliyi. (publika)

Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO

Xəbər xətti

Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
Hamısı