"Cənubi Qafqaz regionu artıq qlobal miqyasda geosiyasi maraq kəsb edir. Avrasiyada başlıca oyunçuların diqqəti Qafqaz regionunda geosiyasi liderliyə əsas iddiaçısı olan Azərbaycana yönəlib. Buna Azərbaycanın mövcud xarici siyasətində göstərdiyi fəallıq, xüsusilə, Ərdoğan, Liberman və Putinin Bakıya səfərləri parlaq nümunədir".
Bu barədə rus tarixçisi dövlət başçılarının sentyabr ayında Azərbaycana səfərlərini Eurasia Diary-ə şərh edərkən deyib.
O, Azərbaycanla əməkdaşlıqda maraqlı olmanın səbəblərini açıqlayıb.
"Azərbaycan - ən çox əhalisi olan, iqtisadi cəhətdən ən çox inkişaf etmiş və regionda ən ciddi silahlı qüvvələrə malik dövlətdir. Xüsusi coğrafi mövqeyə görə Azərbaycan Türkiyənin maraq dairəsinə daxil olan Ön Asiya və Yaxın Şərq, həmçinin Qara dəniz-Qafqaz regionu və Qafqaz-Xəzər kimi bir neçə regionda situasiyanın inkişafına təsir göstərə bilər. Azərbaycan Avrasiya qitəsinin bir sıra geosiyasi bölgələrinin qovşağında öz siyasəti və nadir coğrafi mövqeyi ilə maraq doğuran bir dövlətdir".
Natalya Quliyeva