"Bakı Forumu mədəniyyətlərarası dialoqun təmini işində tarixi hadisədir" Teys

Analitika 17:41 30.10.2018

VI Bakı Beynəlxalq Humanitar Forumu mədəniyyətlərarası dialoqun təmin olunması işində tarixi hadisədir.

Eurasia Diary-nin verdiyi xəbərə görə, bunu Trend-ə müsahibəsində qlobal siyasət məsələləri üzrə amerikalı ekspert Piter Teys deyib.

Ekspert deyib: “VI Bakı Beynəlxalq Forumu bütün dünyada sülh, təhlükəsizlik və mədəniyyətlərarası dialoqun təmin olunması işində tarixi hadisədir. Azərbaycan Prezidenti İlham Əliyevdən başqa elə bir dövlət başçısı yoxdur ki, təkcə Qafqazda yox, həm də bütün Avropada və onun hüdudlarından kənarda beynəlxalq sülh, təhlükəsizlik və iqtisadi inkişaf üçün bu qədər iş görsün”.

P.Teys qeyd edib ki, Forum humanitar yardımdan dezinformasiyayadək, informasiya müharibəsi, Bakı prosesinin 10-cu ildönümü və dünyanın üzləşdiyi digər aktual məsələləri müzakirə edib.

Politoloqun sözlərinə görə, təəssüf ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsi barədə söz düşərkən susqunluğunu qoruyur və ATƏT-in Minsk qrupu öz əhəmiyyətini itirib:

“ATƏT Minsk qrupu ilkin olaraq nəzərdə tutulan missiyanı yerinə yetirmir və hesab edirəm ki, BMT və digər müvafiq strukturlar bu məsələyə diqqətlə yanaşmalıdır. Çünki Dağlıq Qarabağ münaqişəsi BMT-nin 2030-cu ilədək dayanıqlı inkişaf gündəliyinin reallaşdırılması prosesinə birbaşa təsir edir. Qafqazda sülh olmadan və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmadan dayanıqlı inkişaf məqsədləri icra olunmayacaq”.

Ekspert vuruğulayıb ki, Dağlıq Qarabağdakı vəziyyət çox faciəvidir:

“Hər gün erməni qoşunları tərəfindən təxribatlar törədilir. İri beynəlxalq KİV-lər bu problemə kifayət qədər diqqət ayırmır. Bundan başqa, Azərbaycanın işğal olunmuş ərazilərində ətraf mühitlə bağlı ciddi problemlər müşahidə olunur”.

P.Teys qeyd edib ki, Azərbaycan hökuməti bu münaqişənin sülh yolu ilə həlli üçün böyük səbir və anlayış nümayiş etdirir, səylərini əsirgəmir:

“Amma digər tərəfdən Ermənistanın yeni rəhbərliyi status-kvonu saxlamağa və səmərəli danışıqlardan qaçmağa cəhd göstərir. Ermənistan üzərində beynəlxalq təzyiqin olmaması dərin narahatlıq doğurur. Metsamor atom elektrik stansiyası ilə bağlı problem də Avropa Şurası Parlament Assambleyasında heç vaxt müzakirə olunmayıb. Bu təkcə Ermənistanın yox, həm də bütün regionun problemidir”.

Amerikalı ekspert bildirib ki, Azərbaycanla Avropa arasındakı münasibətlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında qəbul edilən birbaşa və konkret tədbirlərlə müşayiət olunmalıdır:

“Son illər ərzində Azərbaycanda yüksək sürətlə enerji layihələri reallaşdırılır, ölkə Avropaya təbii qaz tədarükündə böyük irəliləyişə nail olub. Amma eyni zamanda Avropa ölkələri və Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında konkret nəticələr göstərmir. Avropanın enerji təhlükəsizliyi və Azərbaycanın ərazi bütövlüyü məsələləri ayrı-ayrılıqda yox, birgə nəzərdən keçirilməlidir”.

Son 15 ildə Azərbaycanın inkişafından danışan P.Teys bildirib ki, ölkə hökuməti iqtisadiyyatı uğurla şaxələndirməyə müvəffəq olub:

“Biz Azərbaycanda ciddi makroiqtisadi inkişafı müşahidə edə bilərik. Azərbaycan Prezidenti kənd təsərrüfatı sahəsinin inkişafına xidmət edən müsbət və praqmatik siyasət sayəsində milli iqtisadiyyatı şaxələndirməyə müvəffəq olub. Bu da, öz növbəsində, qısamüddətli perspektivdə işsizliyin səviyyəsini daha da azaltmağa imkan verəcək”.

Amerikalı ekspert qeyd edib ki, Azərbaycanın unikal mədəniyyəti, tarixi var:

“Azərbaycan mədəniyyətinin ABŞ-da təşviqi Prezident İlham Əliyevin, həmçinin fəal şəkildə mühazirələr və ictimai tədbirlər təşkil edən Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Elin Süleymanovun qətiyyətli fəaliyyəti sayəsində müsbət nəticə verir. Bu da Azərbaycanı Amerika cəmiyyətinə daha yaxın etməyə imkan verir. Azərbaycan multikulturalizmi dünya üçün böyük dəyərdir. Bakı dünyada multikulturalizmin və dinlərarası dialoqun mərkəzinə çevrilib. Eyni zamanda, Bakı müxtəlif memarlıq məktəblərinin ahəngdarlıq təşkil etdiyi fərqli məkandır. Bu, Azərbaycan mədəniyyəti, tarixi və folkloru barədə çox şey deyir. Digər mühüm amil isə Azərbaycanla ABŞ arasında hazırda ən yüksək səviyyədə olan iqtisadi əməkdaşlıqdır. Azərbaycan diasporu da iki ölkə arasında əməkdaşlıqda və iki mədəniyyətin, dövlətin və hökumətin qarşılıqlı fəaliyyəti zamanı fikir ayrılığının aradan qaldırılmasında mühüm rol oynayır”.

P.Teys Azərbaycan və Latın Amerikası ölkələri arasında münasibətlərin inkişafı üzrə şəxsi təşəbbüsündən də danışıb:

“Hazırda təşviq etdiyim layihələrdən biri Azərbaycanla Argentina arasında turizm layihəsidir. Biz Azərbaycana Argentinadan 3 qrup turist cəlb etməyə çalışırıq. Hər qrupa təqribən 10 nəfər daxil olacaq. Həmçinin yaxın illərdə Uruqvay və Çilidən Azərbaycana bir sıra turist səfərləri təşkil ediləcək”.

Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO

Xəbər xətti

Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Hamısı