Təhsil haqqında qanunda DƏYİŞİKLİK - Birincilər neçə yaşdan dərsə başlayacaq? | Eurasia Diary - ednews.net

11 Dekabr, Çərşənbə axşamı


Təhsil haqqında qanunda DƏYİŞİKLİK - Birincilər neçə yaşdan dərsə başlayacaq?

Ekspert rəyi A- A A+

“Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nə edilən dəyişikliklər müəyyən qədər çaşqınlıq yaradacaq.

Eurasia Diary xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, bu dəyişiklik birincilər arasında yaş fərqinin yaranmasına gətirib çıxaracaq:

“2019-cu il yanvarın 1-dən tətbiq ediləcək dəyişikliyə görə, sanator tipli məktəbəqədər təhsil müəssisəsinə və sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələrinə 1 yaşdan 7 yaşadək, körpələr evi-uşaq bağçasına 1 yaşdan 7 yaşadək, uşaq bağçasına 3 yaşdan 7 yaşadək uşaqlar qəbul ediləcək. Bu dəyişiklik “Təhsil haqqında qanun”a (Maddə 19.11. Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır), “Məktəbə hazırlığın təşkili qaydaları”na (1.5. Məktəbəqədər təhsil müəssisələrində məktəbəhazırlıq qrupları 5 yaşdan 6 yaşadək uşaqları əhatə edir), “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi qaydaları”na (1.4. Məktəbin I sinfinə həmən tədris ilində 6 (altı) yaşı tamam olan şəxslər qəbul edilir) ziddir. Belə ki, bundan sonra valideynlər istəsələr, uşaqlarını 7 yaşına qədər bağçada saxlaya bilərlər. Bu da 2019-cu ildən etibarən birinci siniflərdə müəyyən yaş fərqinin yaranmasına gətirib çıxara bilər”.

Qeyd edək ki, ötən gün “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilib. Dəyişikliyə əsasən, sanator tipli məktəbəqədər təhsil müəssisəsinə və sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələrinə 1 yaşdan 7 yaşadək, körpələr evi-uşaq bağçası - 1 yaşdan 7 yaşadək, uşaq bağçası - 3 yaşdan 7 yaşadək uşaqlar qəbul ediləcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...