Parkinqlər bahalaşıb problemdən çıxış yolu nədir?

Analitika 20:40 10.01.2019

Bir neçə gündür Bakıda parkinqlərə görə ödənişlərin qaldırılması mediada müzakirə edilir. Mütəxəssislərin fikrincə, Bakının küçə və prospektlərində qanunsuz parklanmalarla bağlı ciddi problem var. Bəzi yerlərdə bu səbəbdən hərəkət iflic olur və tıxac yaranır. 

Eurasia Diary bildirir ki, məsələ barədə oxu.az-a yol-nəqliyyat üzrə ekspert Fazil Məmmədov danışıb.

Onun sözlərinə görə, parklanma ilə bağlı qiymətlər tənzimlənməlidir:

"Bir istehlakçı kimi, hesab edirəm ki, qiymətlər əlverişli olmalıdır. Əgər onlar maşınların təyin edilən yerlərdə park edilməsini istəyirlərsə, o zaman qiymətlər yüksək olmamalıdır. İnsanlar saatı bir-iki manata deyil, heç olmasa, 30 qəpiyə avtomobillərini park etmək imkanına malik olmalıdırlar. Amma bunu bir istehlakçı kimi deyirəm. Hesablama aparmaq lazımdır".

Ekspert bildirib ki, parkinqin hansı dövlət, yaxud özəl qurumun nəzarətində olması da mühümdür:

"Özəl parkinqlər qiymətləri özləri diktə edir. Hesab edirəm ki, tıxaclarla mübarizə aparmaq üçün, ilk növbədə, dövlət yeni parkinqlər yaratmalıdır. Bu cür parkinqlər şəhər kənarında, metro ətrafında, Sumqayıtın girişində olmalıdır.

Lakin gözəl bilirik ki, əsas görüləcək iş Bakıda və mərkəzi yerlərdədir. Saat 07:00-dən 09:00-a kimi insanlar 15 dəqiqəyə gedə biləcəkləri yolu saatlarla vaxta qət edirlər. Bu, heç bir baxımdan rentabelli deyil.

Əlbəttə ki, ilk növbədə, bu, dörd dəfədən çox yanacaq sərf edən sürücü üçün əlverişsizdir. Digər tərəfdən, atmosfer və ətraf mühit çirklənir. Dövlət üçün tıxaclar olduqca böyük xərcdir". 

Fazil Məmmədov qeyd edib ki, ictimai nəqliyyat üçün yaxşı logistika təşkil edilməlidir:

"Əgər bizdə ictimai nəqliyyat yaxşı çalışsa, insanlar hər hansı bir dayanacaqda avtobusun saat neçədə gələcəyini dəqiq bilsə, işə və ya müəyyən bir yerə neçə dəqiqəyə gedəcəyini biləcək. Bu zaman biz problemlərin 75 faizini həll etmiş olardıq. Əgər mən Əhmədliyə gedərkən tıxaclarda qalacamsa, nəyə görə 2-3 manat yanacağa sərf etməliyəm?

Bundan əlavə, mənim maşınım küçədə qalaraq nəqliyyata maneə törədəcək, küçələrin ötürücülük qabiliyyəti azalacaq. Bu, problemi çox cüzi miqdarda həll edir.

Bizim şəhərimiz, onsuz da, avtomobil saxlamanı və dayanacağı qadağan edən nişanlarla doludur. Amma insanlar buna məhəl qoymurlar və istədikləri yerdə avtomobillərini saxlayırlar".

Ekspert vurğulayıb ki, onsuz da, parkinqə getməyən sürücü qiymətlər qalxdıqdan sonra heç getməyəcək:

"Ola bilsin ki, 40 nəfərdən ikisi metrodan istifadə edəcək. İctimai nəqliyyat yaxşı olsaydı, insanlar ondan istifadə edərdilər. Bundan əlavə, çoxlu sayda insan Mərdəkana, Şüvəlana işləməyə gedir. Buna görə Azneft dairəsi  yaxınlığında bir neçə min maşınlıq ödənişsiz bir parkinq düzəldilməlidir ki, insanlar orada maşınlarını bütün gün saxlaya bilsinlər.

Yaxud da orada şərti qiymət olsun, məsələn, bu məbləğ günə 50 qəpik ola bilər. Bu, bizim yollarda vəziyyəti xeyli yaxşılaşdırardı. Əlli qəpikdən 1000 maşın da az pul eləmir. Avtomobili olan şəxs 50 qəpik verib avtomobili orada saxlayardı, daha sonra metroya minib işə gedərdi. Doqquz saatlıq işdən sonra geriyə qayıdıb, avtomobilinə əyləşib rahat şəkildə evinə gedərdi. Beləliklə, yollarda maşınların sayı azalardı".

"Təsəvvür edin, bir avtobus 100 minik avtomobilini əvəz edə bilər. Praktiki imkanlarına görə bu belədir. 100 avtomobil şəhərdə yox, şəhərdən kənarda olacaq. Gecələr şəhərimizdə maşın olmayanda rahat avtomobil idarə etmək olur.

Amma gündüzlər bu, mümkün deyil. Yolun bir hissəsi yol qırağında maşın saxlayanların ucbatından bağlı olur. Çünki dördzolaqlı yolun həm sağ, həm də sol tərəfində maşınlar saxlanılır və yol ikizolaqlıya çevrilir. Yəni yolun ötürücülük qabiliyyəti iki dəfə azalır. Daha bir səbəb texniki savadsızlıqdır.

Anlamıram niyə bizim yol polisi zolaqlar arasında maşın sürənləri cəzalandırmır? Xətt var və sürücü bir zolaqla maşını idarə etməlidir. Bizim sürücülər isə eyni zolaqda üç-dörd maşını bir-birinə yaxın, qorxa-qorxa sürürlər və ona görə də aşağı sürətlə hərəkət edirlər ki, bu, hərəkət sürətini aşağı salır.

Tıxacların yaranmasıın daha bir səbəbi də budur. Mədəniyyətsizlik, ictimai nəqliyyatdan istifadə edə bilməmək, pis ictimai nəqliyyat, avtomobili minimal məbləğə park etmə imkanının olmaması - bütün bunlar bizim indiki durumumuzun səbəbləridir",- deyə ekspert qeyd edib.

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat etdi
18:40 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
Hamısı