Prezident struktur islahatlarının anonsunu verdi Hansı nazirliklər və komitələr ləğv ediləcək?

Analitika 17:01 14.01.2019

Xeyli sayda qurumun ləğv edilərək bir nazirlikdə birləşdirilməsi haqda təkliflər var...

Azərbaycanda dövlət idarəetmə orqanlarında ciddi struktur islahatları gözlənilir.

Belə ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 11-də keçirilən iclasında bununla bağlı ciddi anons verib. Prezident daha çevik idarəetmə strukturunun yaradılması ilə bağlı işlərə başlanacağını bildirib: “İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər”.

Ölkəmizdə dövlət idarəetməsində hansı struktur islahatlarına, hansı qurumların birləşdirilməsinə və ya ləğvinə ehtiyac olması ilə bağlı ekspertlərin də maraqlı yanaşması və təklifləri var.

Eurasia Diary xəbər verir ki, iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a mövzunu şərh edərkən deyib ki, dövlət başçısının söylədiyi fikirləri tam dəstəkləyir: “Bizim hazırkı idarəçilik strukturu ölkə başçısının da dediyi kimi, günün tələblərinə, standartlara cavab vermir. Azərbaycan kiçik bir ölkədir, burada bu qədər bir-birini təkrarlayan, təxminən eyni istiqamətdə fəaliyyət göstərən dövlət qurumlarının olmasına ehtiyac yoxdur. Dövlət başçısı da vurğulayır ki, daha çevik və effektiv idarəçilik qurulmalıdır. Nazirliklərin, komitələrin və agentliklərin sayı azaldılmalıdır. Xarici təcrübədə də bu cür qurumların sayı azdır”.

Ekspertin fikrincə, dövlətin ən vacib strukturu olan maliyyə blokunda bir neçə oxşar strukturları Maliyyə Nazirliyinin tərkibində birləşdirmək lazımdı: “Həmin qurumlar Maliyyə Nazirliyinin tərkibində bir departament kimi fəaliyyət göstərsələr, daha məqsədə uyğun olar. Dövlət Sosial Müdafiə Fondunu da ya Maliyyə Nazirliyinin tərkibinə, ya da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibinə birləşdirmək mümkündür”.

Ə.Həsənovun fikrincə, Dövlət Neft Fondunu Mərkəzi Bankın tərkibinə vermək lazımdı: “Mərkəzi Bankın digər fəaliyyət istiqamətləri də var, ancaq faktiki Neft Fondunun gördüyü işi də görür. Bu baxımdan Neft Fondunu ləğv edib onun aktivlərinin idarəedilməsini Mərkəzi Banka vermək olar”.

Əkrəm Həsənov ile ilgili görsel sonucu

Əkrəm Həsənov

“Bu cür paralel strukturların olması dövlət büdcəsinin xərclərinə necə təsir edir” sualına gəlincə, müsahibimiz bildirdi ki, ilk növbədə bu qurumların hər birinin inzibati binası və onun saxlanılma xərcləri var: “Bundan əlavə, hər qurumda kadrlar idarəsi, hüquq idarəsi, mətbuat xidməti, xarici səfərlər, ezamiyyə xərcləri və sair var ki, bütün bunlar lazımsızdır. Diasporla İş üzrə Dövlət Komitəsini də Xarici İşlər Nazirliyinə vermək lazımdır. Azərbaycan o qədər böyük ölkə deyil ki, ona xarici siyasətdə bir neçə qurum lazım olsun. Bu komitə Xarici İşlər Nazirliyinin bir departamenti ola bilər. Onsuz da bizim hər bir ölkədə səfirliyimiz var. Təsəvvür edin ki, ABŞ kimi böyük ölkənin belə bir komitəsi yoxdur.  Xarici İşlər Nazirliyi bütün bu işləri həyata keçirir. İki istiqamətdə hərəsi öz xətti ilə xarici ölkələri gəzirlər, onların illik aviaxərclərini, ezamiyyət xərclərini ixtisar eləsək, dövlət büdcəsinə faydalı olar”.

Əkrəm Həsənov deyir ki, iqtisadi blokda 3 nazirlik var ki, hər biri iqtisadiyyatla məşğuldur: “İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Energetika Nazirliyi. Bunların hamısını İqtisadiyyat Nazirliyində birləşdirmək daha məqbuldur”.

“Ancaq qeyd etdiyiniz nazirliklərdə çox uğurlu kadrlar var” fikrinə Ə.Həsənov belə cavab verdi: “Bəli, mən xüsusi vurğulamaq istəyirəm ki, burada söhbət kadrlardan, yəni nazirlərdən getmir. Məsələn, kənd təsərrüfatı naziri haqqında çox yüksək fikirdəyəm. Hesab edirəm ki, belə bir birləşdirilmiş nazirliyə məhz o, daha çox layiqdir. Demək istədiyim odur ki, adını çəkdiyim bütün nazirliklərdə söhbət nazirdən deyil, strukturdan gedir. Birləşdirilmiş nazirliyə kimin başçılıq edəcəyi başqa bir mövzudur. Bu, ölkə prezidentinin səlahiyyətində olan bir məsələdir. Sadəcə biz ekspert kimi təkliflərimizi səsləndiririk. İqtisadiyyat Nazirliyinə hətta Dövlət Əmlak Komitəsini də birləşdirmək olar. Vaxtilə Əmlak Komitəsi elə İqtisadiyyat Nazirliyinin tərkibində idi”.

Ekspert bildirir ki, dövlət ali məktəbləri də həddindən artıq çoxdur: “Hər bir nazirliyin nəzdində özünün ali məktəbi var. Neftlə bağlı həm Neft Akademiyası, həm də Ali Neft Məktəbi var. Hamısı dövlət üçün əlavə xərcdir. Bunları birləşdirmək lazımdır. Hər dövlət orqanının nəzdində ayrıca ali məktəbə ehtiyac yoxdur”.

Ə.Həsənovun fikrincə, Ombudsman Aparatı özünü doğrultmayan bir dövlət qurumu kimi ləğv edilməlidir, çünki heç bir fəaliyyəti yoxdur: “Əgər məhkəmə sistemini möhkəmləndirsək, Ombudsmana da ehtiyac olmaz. Bu da dövlət üçün əlavə xərcdir”.

Əkrəm Həsənov struktur islahatlarının bir qolu kimi “Azərişıq”, “Azəriqaz”, “Azərsu” kimi qurumların özəlləşdirilməsinə münasibət bildirərkən deyib ki, bu sektorda da özəlləşdirməyə ehtiyac var: “Beynəlxalq təcrübə belədir ki, su, qaz, işıq və sairin istehlakçıya çatdırılması ilə özəl şirkətlər məşğul olmalıdırlar.  Doğrudur, neftin, qazın, elektrikin istehsalı ilə dövlət şirkətləri məşğul olurlar. ”Azərenerji", Dövlət Neft Şirkəti və sair, bu, normaldır. Ancaq onu istehlakçıya özləri satmamalıdırlar. Çünki kommunal xidmətlərin satışı ilə məşğul olan qurumlar dövlət büdcəsi üçün çox böyük yükdür və burada effektiv idarəetmə yoxdur.  Xarici təcrübə artıq bunu göstərir ki, kommersiya mahiyyəti olan qurumlar dövlət qurumu kimi fəaliyyət göstərəndə orada daim yeyinti, israfçılıq olur. Çünki rəhbərlik ona öz malı kimi baxmır. Ancaq bu özəlləşdirmə prosesi ikinci mərhələdə həyata keçirilməlidir. Bütün bu islahatları eyni vaxtda aparmaq dövlət idarəetməsi üçün problem yarada bilər".

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Hamısı