İranlı generalın Bakıdakı Qarabağ mesajı Tehran siyasəti dəyişir?

Analitika 14:55 18.01.2019

İran ordusunun baş qərargah rəisi Məhəmməd Baqeri Bakıda maraqlı açıqlama verdi. O bildirdi ki, İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir: “İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bundan sonra da dəstəkləyəcək, sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbuledilməzdir. İran bu məsələdə hər zaman Azərbaycanın yanındadır”.

Eurasia Diary xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, İran rəsmiləri əvvəllər də bir neçə dəfə Azərbaycan torpaqlarının işğal altında olduğunu vurğulamışdılar:

“Ancaq Məhəmməd Baqeri bu dəfə Qarabağla bağlı açıqlamanı elə dedi ki, sanki Tehran Qarabağ məsələsində Azərbaycana dəstəyi artırmağa hazırdır. Digər tərəfdən, İran ordusunun baş qərargah rəisi Qarabağla bağlı açıqlamanı xüsusi vurğulamaq üçün Bakıda televiziya jurnalistləri (içərilərində İranın televiziya kanallarının əməkdaşları da çox idi) üçün qısa brifinq keçirdi. Yəni sanki Məhəmməd Baqeri istəyirdi ki, onun Qarabağla bağlı açıqlamasını hamı eşitsin.

Məhəmməd Baqerinin Azərbaycana dəstək açıqlaması nə ilə əlaqələlidir?

Birincisi, Məhəmməd Baqeri əslən azərbaycanlıdır, Təbrizdə doğulub. İran hakimiyyətində və dini dairələrində azərbaycanlıların sayı az deyil. Əlbəttə, bu azərbaycanlıların bir qismi İranın milli və təhlükəsizlik maraqlarından çıxış edirlər. Ancaq hətta həmin azərbaycanlılar görürlər ki, İranda heç də hər şey qaydasında deyil və onların bir qismi azərbaycanlıların təbii maraqlarına simpatiya ilə yanaşırlar.

Həmin azərbaycanlıların bir qismi İranın Ermənistanla əlaqələrinə də xoş baxmaya bilərlər. Mümkündür ki, Məhəmməd Baqeri bir azərbaycanlı olaraq Dağlıq Qarabağ məsələsində Azərbaycana qətiyyətli dəstəyi Bakıda vurğulamağı lazım bilib.

Baqeri Bakıdakı açıqlamasını İran prezidenti və ya ali dini lideri ilə razılaşdırmaya da bilərdi. Baqerinin açıqlaması öz liderlərinə mesaj əhəmiyyəti də daşıya bilərdi, yəni Tehran Ermənistanla münasibətlərdə Azərbaycan torpaqlarının işğalı amilini unutmamalıdır”.

Elxan Şahinoğlu hesab edir ki, Məhəmməd Baqerinin açıqlaması Tehranın düşünülmüş siyasəti də ola bilər:

“Moskva kimi Tehran da Ermənistanın yeni baş naziri Nikol Paşinyanın xarici siyasətindən narazı ola bilər. Ermənistan hakimiyyətindəki “Qarabağ klanı” 20 il həm Moskvanı, həm də Tehranı qane edirdi. Çünki “Qarabağ klanı” Moskva ilə Tehranın oyun qaydalarını qəbul etmişdi.

Paşinyan “Qarabağ klanının” cızdığı oyun qaydalarını qəbul etmir. Ona görə də Tehran Paşinyana ehtiyatla yanaşır. Mümkündür ki, Tehran Azərbaycana dəstəyini bir qədər artırmaqla Paşinyana təzyiq etmiş olur. Bu halda Məhəmməd Baqerini açıqlaması Tehranın Paşinyana təzyiq vasitəsinin tərkib hissəsidir.

İran ordusunun baş qərargah rəisinin Azərbaycana səfərinin başqa bir səbəbi də ola bilər.

Ümumiyyətlə son bir il ərzində İrandan Azərbaycana gələn yüksək rütbəli hərbçilərin sayı artıb. Görünür, Tehran bu yolla əmin olmaq istəyir ki, Azərbaycan ABŞ-ın İrana qarşı sanksiyalarında yer almayacaq. Rəsmi Bakı hər dəfə deyir ki, Azərbaycan ABŞ-ın İrana qarşı sanksiyalarında yer almayacaq, üçüncü dövlətlərin əlində alət olmayacaq və s. Ancaq bu açıqlamalar heç də həmişə İran rəsmilərini və hərbçilərini rahatlatmır. Ona görə də onlar hər dəfə Bakıya gəlir və eyni açıqlamaları Azərbaycan rəsmilərinin dillərindən eşitmək istəyirlər. Məhəmməd Baqeri də bunun qarşılığında Qarabağ məsələsində Azərbaycana birmənalı dəstək verdiklərini söylədi.

Ancaq Azərbaycan üçün bu azdır. Azərbaycanın Tehrandan gözləntisi budur ki, İran Qarabağ məsələsində Türkiyə kimi mövqe tutsun, Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər Ermənistanla diplomatik əlaqələri kəssin, sərhədi qapatsın.

İran belə bir addım atarsa bu Nikol Paşinyanın Qarabağ siyasətini ciddi korrektəyə məcbur edə bilər”.

Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO

Xəbər xətti

Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Hamısı