Çinin hərbi nümayəndə heyətinin İrəvana səfəri Pekinin apardığı böyük oyunun bir hissəsidir. Bu oyunda indi diqqət Qafqaza yönəldilib.
Eurasia Diary xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında amerikalı politoloq Teodor Karasik deyib.
“Özünün enerji təhlükəsizliyinin diversifikasiya strategiyası ilə əlaqədə Çin boru kəmərlərinin kəsişməsində mövcudluğuna marağı artırıb və infrastruktur məsələləri ümumi şəkilin yalnız bir hissəsi kimi görünür. Keçən il Ermənistanın keçmiş müdafiə naziri Vigen Sərkisyan Pekinə səfər etdi və Çin bundan sonra Ermənistana 1,5 milyon dollar hərbi yardım ayırdı. Bu yardım dron əldə edilməsi və istehsalına yönələ bilər ki, bu da özlüyündə Azərbaycan üçün mesajdır. Pekinin özü Qafqazın tələsinə düşə bilər. Burada onlara hər bir halda Moskva gərəkli olacaq və ona unikal region siyasətinin formalaşmasında yardım edəcək” – deyə o bildirib.
Qeyd edək ki, yanvarın 14-dən-18-nə qədər Çinin “Beijing Defense” hərbi sənaye konserninin nümayəndə heyəti Ermənistanda olub. Heyət burada rəhbər şəxslərlə görüşüb.