Çörəyi "qara edənlər" Belə qida xəstəliyi şiddətləndirər... – Təhlükə

Analitika 23:09 23.01.2019

Əksər insanlar yolda çörək parçası görürsə, onu götürüb kənara qoyur. Çünki qədimdən çörək bizdə müqəddəs olub, çörəyə and içilib, duz-çörək kəsilib. Bəlkə buna görədir ki, çörəklə bağlı hər bir şey insanları narahat edir.

Son dövrlərdə isə həm arıqlamaq məqsədi ilə, həm də sağlamlıq xatirinə qara çörəkdən istifadə edənlərin sayı artıb. Təsadüfi deyil ki, KİV-də vaxtaşırı çörəklə bağlı məlumatlara rast gəlirik.

Bunlardan biri də qara çörəyə rəng qatılması və bir çox sexlərdə unun ələnməməsi problemidir.

Qeyd edək ki, un nə qədər təmiz olur-olsun, mütləq sexdə mexaniki ələkdən keçirilməlidir. Çünki un ələnərkən həm məsamələr yaranır, həm də o, əlavə fiziki maddələrdən, qırıntılardan təmizlənir.

İddialara görə, indi çörəkbişirmə sexlərinin əksəriyyətində ya ələk yoxdur, ya da ələmə mexanizmi tətbiq olunmur.

Qara çörəyin keyfiyyətindən danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bir neçə il qabaq həmin qida məhsuluna şübhələr vardı, əhalidən çoxsaylı şikayətlər gəlirdi: “Belə bir düşüncə yayılmışdı ki, həm çaylara, həm də qara çörəyə rəng qarışdırılır. Hesab edirəm ki, son iki-üç ildə bu kimi hallara son qoyulub. Bunu bizə gələn şikayətlərin və nümunələrin araşdırılması da göstərir. Fikrimi qətiləşdirib demək istəyirəm ki, bu gün Bakı şəhərində belə şikayətlər və həmin şikayəti doğuran səbəblər yox dərəcəsindədir.

Əvvəllər hətta çay qalığını və ya qəndi yandıraraq çörəyə qarışdırır və qara çörək alırdılar. Qara çörəyin istehsalında müxtəlif növ unlardan faiz dərəcəsinə görə istifadə olunur, çörəyə dad vermək üçün təbii bitkilər də əlavə edilir”.

Eyyub Hüseynov unun ələkdən keçirilib-keçirilməməsi məsələsinə də aydınlıq gətirib: “Əhali yanlış olaraq ağ çörəyə üstünlük verir. Əksinə ələnməmiş, kəpəkli un daha xeyirlidir. Məntiqlə gərək o çörəklər daha baha olsun”.

Mövzu ilə bağlı bir neçə çörək sexi ilə əlaqə saxladıq. Bildirdilər ki, ələnmədən çörək bişirmək mümkün deyil. Sexdə un ələyən maşın və onları tənzimləyən operatorlar var. Burda hər kəsin öz vəzifələri müəyyənləşib və ələklər mütəmadi olaraq təmizlənir.

Qida eksperti İsa Əliyev deyir ki, qidalara rəngləndiricinin müəyyən dozadan artıq vurulması qanuna ziddir: “Qida mühəndisləri hər zaman məhsulların tərkib hissəsində E kodları ilə başlayan maddələrin sayının az olmasına tərəfdardırlar. Çünki onlar kimyəvi maddələrdən hazırlanır, ən başda da rəngləndiricilər gəlir.

Çox yaxşı xatırlayıram ki, vaxtilə hətta çörəyə rəngləndirici olaraq kakao da vururdular. Bunların hamısı yolverilməzdir. Bu dozalar nə qədər yüksək olarsa, insan bədəninə o qədər gec sorulur, insan bədənindən gec sorulduğu üçün xəstəlik əmələ gətirə bilir”.

Bəs qara çörəyin təbii olub-olmadığını necə seçmək olar sualına cavabda ekspert deyir ki, bunu adi gözlə fərqləndirmək mümkün deyil: “Ancaq bəzən çörəyi suya salanda rəngi çıxırsa, o deməkdir ki, ona rəng qatıblar. Çörəkdə hər hansı problem aşkarlanarsa, həmin markanı almamaq tövsiyə olunur.

Bir islehlakçı kimi mən daha çox xaricdən gələn qara çörəyə üstünlük verirəm. Təəssüf ki, yerli istehsalçılar qara çörəyə o qədər də diqqət yetirmirlər. Normal ağ çörəklərimiz var, amma yerli istehsal olan qara çörək haqda belə ürəklə danışa bilmirəm”.

Qida eksperti ələnməmiş undan çörək bişirilməsi məsələsinə də toxunub: “Sənaye tipli yerlərdə unu bir tərəfə qoyurlar, çörəyi də bu biri tərəfdən bişirib satırlar. Çünki indi hər şey avtomatlaşdırılıb, bu da bir çox istehsalçının işini azaldır.

Amma ola bilər ki, həmin sexlərdə prosesi daha sürətləndirmək üçün un ələmə mərhələsini adlayıb keçirlər. Təbii ki, bu, xəmirin daha yaxşı mayalanmamasına səbəb olur. Çünki un ələnərsə, sonra xəmir yoğrulma mərhələsində onun içərisində hava olması yaxşı haldır. Xəmirin içərisində hava qabarıqları da qalmalıdır.

Amma prosesi sürətləndirmək üçün un yaxşı ələnmir və müəyyən mərhələ ixtisara salınırsa, bu, əvvəl xəmirin, sonda isə çörəyin keyfiyyətinə mənfi təsir göstərəcək”.

Qara çörəkdən daha çox istifadə edənlər arıqlamaq üçün pəhriz saxlayanlardır. Bunun üçün də diyetoloq-həkim Şəfa Yadigarovanın da məsələyə münasibətini öyrəndik.

Diyetoloqun sözlərinə görə, əhali arasında belə məlumatlar var ki, çörək insana faydalı deyil və ya faydadan çox zərər gətirir: “Çünki ağ çörəklərin hamısı rafinə olunmuş undan hazırlanır, onun da tərkibindəki bütün faydalı maddələr aşılanmış olur. Bu səbəbdən ağ çörəyə üstünlük vermirlər.

Bəzi insanlar çörək yemədən qala bilmir. Amma çörək qara undan hazırlanırsa, kəpəklidirsə, onun tərkibində B qrup vitaminləri varsa, faydalıdır. Söhbət ondan gedir ki, indi satışda çox nadir hallarda təmiz, doğurdan da aşılanmamış undan hazırlanan, kəpəkli qara çörək tapmaq olur. Çünki qara çörəklərin tərkibinə kakao, rəngli maddə, hətta şəkər də qatılır ki, dad versin”.

Diyetoloq məsləhət görür ki, çovdar və ya yulaf unu, yaxud qara una kəpək qataraq hər kəs özü ev şəraitində çörək bişirsin: “Çünki bizə qəliz karbohidratlar lazımdır. Evdə çörək hazırlayan zaman onun tərkibinə bir az balqabaq tumu, şüyüd toxumu, küncüt toxumu əlavə edə bilərlər”.

Qara çörəkdən həm də bir sıra xəstəliyi, xüsusən mədə-bağırsaq və şəkər xəstəliyi olan insanlar da istifadə edirlər. Həkim terapevt Nahid Məhərrəmov deyir ki, istənilən halda hər bir insanın genetik kodu var və qidanın da genetik koda uyğun gəlməsi vacibdir: “Bir insana qara çörək və ya qara çörək dediyimiz məmulatların hansı uyğundursa, ondan istifadə etməsi məsləhətdir. Bəzi insanlarda ağ çörəyə, qlütenə allergiyalar ola bilir, mütləqdir ki, onlar qlütensiz məhsullar yesinlər.

Bəzi xəstəliyi olanlar məcburiyyətdən qara çörəkdən istifadə edirlər. Bəzən ola bilər, qara çörəyin özü də orqanizmə ziyan vurur, mədədə, bağırsaqda narahatçılıq yaradır”.

Həkim deyir ki, mütəmadi olaraq qara çörəyin yeyilməsi məsləhət deyil: “Əsl qara çörək, əlbəttə, rəng qatılmış çörək deyil. Qara çörək içində olan məhsulun rəngidir, əgər rəng və kakao qatılmış çörəkdirsə, bu, orqanizm üçün zərərlidir. Ola bilər, satış üçün çörəyə rəng qatırlar, belə çörəyi yemək məsləhət deyil. Xəstəlik şiddətlənə bilər”.

Hüquqşünas Əkrəm Həsənov deyir ki, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun var: “Həmin qanunda istehlakçıların hüquqları detallı şəkildə tənzimlənir. Qanunda istehlakçının öz hüquqlarını necə müdafiə etməsi məsələsi də var. Bura istehlakçıya satılan mal, xidmətin qiymət məsələləri, keyfiyyət məsələləri, məlumatlandırma daxildir.

İstehlakçı öz hüquqlarını iki yolla qoruya bilər. Birincisi, məhkəməyə müraciət edə bilər. Bir də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmək olar.

Mən istehlakçılarımıza tövsiyə edərdim ki, elə ora müraciət etsinlər, çünki məhkəməyə müraciət çox vaxt aparır”.

Bəs bütün bunlar haqında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nə deyir? Ölkədə çörək hazırlanma qaydalarına riayət olunurmu? Nümunələr götürülüb, tərkib yoxlanıbmı?

Sorğumuza cavab olaraq AQTA-dan bildirdilər ki, hazırda Agentlik tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir:

“Məhsullardan götürülən nümunələr AQTA-nın müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Eyni zamanda Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər aparır.

Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduğu təqdirdə, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar həyata keçirilir.

Əgər vətəndaşların istehlak etdikləri çörəyin tərkibi ilə bağlı hər hansı narahatlığı olarsa, qida məhsulunun adı, istehsal tarixi, istehsal partiyası, istehsalçı şirkət məlumatları ilə birlikdə Agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat verə bilərlər”.

Agentlik bildirilib ki, çörəyi istehlak etmək qədər vacib digər məqam optimal saxlanma şəraitinin yaradılması və saxlama qaydalarına əməl olunmasıdır:

“Əgər çörək bir neçə gün ərzində istehlak olunacaqsa, yaxşı olar ki, onu soyuducuda saxlayasınız. Bu kiflənmənin qarşısını almaq üçün vacibdir. Dondurucuda saxlanan çörək daha uzun müddət istehlaka yararlı olur. Xüsusilə qeyd etmək lazımdır ki, dondurucudan çıxarıldıqdan sonra istehlak olunan çörəklər, dondurulmadan saxlanan çörəklərdən daha yumşaq və istehlaka yararlıdır.

Çörəyin qapalı çörək qablarında, sərin, qaranlıq və quru yerdə saxlanması daha məqsədəuyğundur.

İsti çörəkləri tam soyuduqdan sonra sellofana yerləşdirmək lazımdır, əks halda çörəyin kiflənməsinə şərait yaratmış olarıq.

Paketlənmiş çörəyin hamısı istehlak olunmayıbsa, qalan qismini elə paket içərisində saxlamaq tövsiyə olunur”.

Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO

Xəbər xətti

Təhsil müəssisələrində tətildən sonrakı ilk iş günü AÇIQLANDI
15:30 19.03.2024
Nikol Paşinyanın son çıxışları kəndlərin Azərbaycan nəzarətinə verilməsinə işarədir - ŞƏRH
15:20 19.03.2024
PKK-nın liderlərindən biri ZƏRƏRSİZLƏŞDİRİLDİ
15:15 19.03.2024
Cənubi Koreyada Netflix-lə bağlı istintaq başladılıb
Cənubi Koreyada Netflix-lə bağlı istintaq başladılıb
15:00 19.03.2024
Umud Mirzəyev: "Avropa strukturları 30 ildə qaçqınlarımıza bir dəfə də olsun bu diqqəti göstərmədilər"
14:50 19.03.2024
Bayram günlərində hava NECƏ OLACAQ?
Bayram günlərində hava NECƏ OLACAQ?
14:48 19.03.2024
Sumqayıtda 7 yaşlı uşağı öldürən məşqçiyə 19 il həbs cəzası verildi
Sumqayıtda 7 yaşlı uşağı öldürən məşqçiyə 19 il həbs cəzası verildi
14:43 19.03.2024
Molddovada vəziyyət qarışır: Prezident ittiham olundu
14:41 19.03.2024
Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI
14:38 19.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Çinlə əlaqələrin inkişafına böyük önəm verir"
14:36 19.03.2024
"İranın buradakı məqsədi Azərbaycana qarşı bir cəbhə açmaqdır" - Güneyli EKSPERT
14:30 19.03.2024
Almaniya və Fransanın Kiyev rəqabəti
Almaniya və Fransanın Kiyev rəqabəti
13:45 19.03.2024
Bakının mərkəzində məşhur kafenin fəaliyyəti dayandırıldı
13:39 19.03.2024
AYNA taksi sürücülərinə xəbərdarlıq edib
13:32 19.03.2024
Allahşükür Paşazadədən  Novruz bayramı münasibətilə TƏBRİK
Allahşükür Paşazadədən Novruz bayramı münasibətilə TƏBRİK
13:20 19.03.2024
Bu ölkələrdən Azərbaycana gələn turistlərin sayı artıb
13:18 19.03.2024
Yazın ilk gününün hava proqnozu açıqlanıb
Yazın ilk gününün hava proqnozu açıqlanıb
13:08 19.03.2024
Aİ Rusiya taxılına qadağa qoyacaq
Aİ Rusiya taxılına qadağa qoyacaq
13:00 19.03.2024
Ölkə əhalisinin 10 faizdən çoxu pensiyaçıdır
Ölkə əhalisinin 10 faizdən çoxu pensiyaçıdır
12:55 19.03.2024
Bankda sistem uğursuzluğu baş verdi: Milyonlarla dollar çıxarıldı
Bankda sistem uğursuzluğu baş verdi: Milyonlarla dollar çıxarıldı
12:45 19.03.2024
"Cənub Şərqi Avropa ölkələrinin Azərbaycanın qazına ehtiyacı var" – Natiq Cəfərli
12:30 19.03.2024
BDYPİ bayram günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib
12:26 19.03.2024
Qaradağda 10 min manatlıq oğurluq olub
12:20 19.03.2024
Yeni Zelandiyada maraqlı kəşf
Yeni Zelandiyada maraqlı kəşf
12:15 19.03.2024
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
12:05 19.03.2024
Böyük Britaniyada etnik müxtəliflik nə qədər artıb?
Böyük Britaniyada etnik müxtəliflik nə qədər artıb?
12:00 19.03.2024
Mingəçevir sakini sahibkarlara qarşı 200 min manatlıq dələduzluğa görə tutulub
11:55 19.03.2024
Aİ COP29-un uğurlu olması üçün Azərbaycanla əməkdaşlığa ümid edir
11:50 19.03.2024
İngiltərədə bir ilk: Uçan taksilər fəaliyyətə başlayır
İngiltərədə bir ilk: Uçan taksilər fəaliyyətə başlayır
11:45 19.03.2024
Zaxarovadan Paşinyana cavab: “Müharibə açıqlaması Qərblə danışıqların nəticəsidir”
Zaxarovadan Paşinyana cavab: “Müharibə açıqlaması Qərblə danışıqların nəticəsidir”
11:39 19.03.2024
“Yeni dünya nizamında ölkələr öz yerini müəyyən etməli olacaqlar” – Gürcü Politoloq Gia Xuxaşvili - ÖZƏL
“Yeni dünya nizamında ölkələr öz yerini müəyyən etməli olacaqlar” – Gürcü Politoloq Gia Xuxaşvili - ÖZƏL
11:30 19.03.2024
Azərbaycanda partiyanın məsul şəxsi saxlanılıb
11:25 19.03.2024
Fevralda 3,8 mindən çox şəxsə pensiya təyinatı aparılıb
11:15 19.03.2024
Türkiyənin nüfuzlu klubu Super Liqadan ÇIXMAQ İSTƏYİR
Türkiyənin nüfuzlu klubu Super Liqadan ÇIXMAQ İSTƏYİR
11:10 19.03.2024
Nazirlik internet xidmət provayderlərinə təlimat göndərib
11:05 19.03.2024
MAQATE dəstək verəcək: İraqda nüvə proqramı üçün yol xəritəsi formalaşıb
MAQATE dəstək verəcək: İraqda nüvə proqramı üçün yol xəritəsi formalaşıb
11:00 19.03.2024
Mikayıl Cabbarovdan İlaxır çərşənbə ilə bağlı maraqlı paylaşım
10:58 19.03.2024
Bakıda yağışlı hava qəzaya səbəb oldu - VİDEO
10:50 19.03.2024
İsrail və Həmasdan gözlənilməz atəşkəs addımı!
İsrail və Həmasdan gözlənilməz atəşkəs addımı!
10:45 19.03.2024
Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO
Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO
10:38 19.03.2024
Hamısı