Paşinyan hərbçilərini niyə Suriyaya göndərdi? Ekspert

Analitika 10:07 13.02.2019

Nikol Paşinyan Rusiyanın istəyini yerinə yetirdi.

Eurasia Diary xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə il əvvəl Suriyaya müdaxilə etməyə qərar verəndə müttəfiq dövlətlərə müraciət etdi:

“Putin istəyirdi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlər Rusiyanın Suriyadakı hərbi kampaniyasına dəstək versinlər. Rusiya istədi ki, koalisiya yaratsın. Necə ki, ABŞ İraq və Əfqanıstana müdaxilə zamanı koalisiya yaratmışdı. Ancaq o zaman Belarus, Qazaxıstan və Ermənistan Putinə müsbət cavab vermədilər. Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyanla Moskva arasında münasibətlərdə müəyyən problemlər yarandı. Kreml şübhələnirdi ki, Paşinyan ABŞ və Avropa dövlətləri ilə sıx münasibətlər yaratmaq istəyir. Paşinyan isə qorxurdu ku, Kreml Qarabağ məsələsində Azərbaycana dəstək verə bilər. Buna görə də Paşinyan Putinlə görüşlərindən birində təklif etdi ki, Ermənistan Suriyaya humanitar missiya göndərsin. Paşinyanın bu təklifi Putinin xoşuna gəldi. Daha sonra Rusiya və Ermənistan müdafiə nazirləri Moskvada bir neçə dəfə görüşdülər və bu məsələni müzakirə etdilər”.

Politoloq vurğulayıb ki, Paşinyan Suriyaya humanitar missiya göndərməklə Putinə Ermənistan Rusiyanın Suriya siyasətinə dəstək verdiyini göstərmək istəyir:

“Bu, Paşinyana ona görə lazımdır ki, Kreml Qarabağ məsələsində Ermənistana dəstəyini davam etdirsin. Təsadüfi deyil ki, Paşinyanın Suriyaya missiya göndərdiyi günlərdə Kremlin Ermənistana qırıcı təyyarələr satacağı xəbəri yayıldı. Bu yolla Kreml Paşinyanın Suriyaya humanitar missiya göndərmək addımına yüksək qiymət verdiyini göstərdi”.

Politoloq qeyd edib ki, digər tərəfdən Paşinyan Suriyaya humanitar missiya göndərməklə Ermənistan daxilində mövqelərini gücləndirməyə çalışır:

“Çünki Ermənistanın humanitar missiyası Suriyada ermənilərin yaşadığı ərazilərdə yerləşdirilməlidir. Yəni Paşinyan bununla demək istədi ki, o, Suriyada yaşayan ermənilərin qayğısına qalır. Bununla bərabər, Paşinyan Suriyaya humanitar missiya göndərməklə İranla əlaqələri də gücləndirməyi hədəfləyir. Ermənistanın Suriyaya humanitar missiya göndərməsi İrəvanın Bəşər Əsəd rejiminə dəstək verməsi deməkdir. İran da Bəşər Əsədə dəstək verir və ona görə də Dəməşqlə sıx münasibətləri olan ölkələrlə yaxşı münasibətləri var. Paşinyan bu vasitə ilə Tehranla yaxınlaşmaq istəyir. Paşinyan Tehrana səfərə hazırlaşır. Buna baxmayaraq, sanksiyalarla üzləşən İranın Ermənistana maliyyə dəstəyi verməsi problematikdir. Tehranın Ermənistanla birgə iqtisadi layihələrə də marağı azdır. İran əsas layihələrini Azərbaycanla reallaşdırmaq istəyir. Tehran hazırda Azərbaycanın iştirakçısı olduğu “Şimal-Cənub” dəmiryolu layihəsini işə salmaq istəyir. Buna baxmayaraq, İran qonşusu Ermənistanla təmas imkanlarını açıq saxlamağa üstünlük verir".

E.Şahinoğlu bildirib ki, Paşinyan hərbi heyəti Suriyaya göndərməklə Rusiyanın simpatiyasını qazandığını düşünür:

"Ancaq Paşinyanın bu qərarı onun ABŞ-la münasibətlərinə yaxşı heç nə vəd etmir. Rusiyanın digər müttəfiqləri Belarus və Qazaxıstan Suriyaya humanitar missiya göndərmədilər. Ermənistan isə göndərdi. Bu, Vaşinqtonda xoş qarşılanmadı. Belə olan halda Paşinyan ABŞ-dan maliyyə dəstəyinə ümid edə bilməz. Rəsmi Bakı bu amildən xarici siyasətində ehtiyatla istifadə edə bilər. ABŞ-dakı və Avropa ölkələrindəki erməni lobbisi Ermənistana və Dağlıq Qarabağ separatçılarına dəstək üçün müxtəlif vasitələrdən istifadə edir. Azərbaycan rəsmiləri ABŞ və Avropa rəsmiləri və diplomatları ilə danışıqlarında Ermənistanın Suriyada Rusiyaya və Bəşər Əsədə dəstək verdiyini xatırlatmalıdırlar”.

Politoloqun sözlərinə görə, əslində Azərbaycanın da Suriya istiqamətində fəallaşmasına ehtiyac var:

“Suriyada və İraqda türkmanlar yaşayır. Suriyada türkmanların sayı ermənilərdən qat-qat çoxdur. Rəsmi Bakı onlara dəstək haqqında düşünməlidir. Aydındır ki, Azərbaycanın birbaşa İraqda və Suriyada yaşayan türkmanlara dəstək verməsi problematikdir. Bunun riskləri var. Ancaq Azərbaycan İraqda və Suriyada yaşayan türkmanlara Türkiyə üzərindən humanitar yardım göndərə bilər. Bununla Azərbaycan həm eyni dildə danışan soydaşlarına dəstək vermiş olar, həm Türkiyə ilə siyasi-hərbi ittifaqını gücləndirər, həm də göstərər ki, bölgədəki hadisələrə biganə deyil”.

Qeyd edək ki, Ermənistan fevralın 8-də Suriyaya 83 hərbçi göndərib.

BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO

Xəbər xətti

Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - FOTOLAR
17:59 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
13:35 24.04.2024
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir – CANLI
13:30 24.04.2024
Şuşada yollar şəbəkəsinin bərpasına başlanılıb - RƏSMİ
13:27 24.04.2024
Prezidentdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
13:22 24.04.2024
Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıb
13:16 24.04.2024
Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı
13:05 24.04.2024
Rusiyadan Ermənistan parlamentinə SORĞU
Rusiyadan Ermənistan parlamentinə SORĞU
12:55 24.04.2024
Macarıstan XİN rəhbəri Azərbaycana gəlir
12:52 24.04.2024
FHN əhaliyə MÜRACİƏT ETDİ
12:45 24.04.2024
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI
12:34 24.04.2024
Qazaxın qaytarılan 4 kəndi xarici mediada işıqlandırılıb - FOTO
12:10 24.04.2024
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
12:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
11:54 24.04.2024
Laçında, Həkəri çayının sahilində peşə yarmarkası keçiriləcək
11:51 24.04.2024
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
11:44 24.04.2024
Hamısı