Ermənilərin qorxulu yuxusu reallaşdı - Azərbaycana “yaşıl işıq” | Eurasia Diary - ednews.net

19 Aprel, Cümə


Ermənilərin qorxulu yuxusu reallaşdı - Azərbaycana “yaşıl işıq”

Ekspert rəyi A- A A+

“İsrail kamikadze dronlarının satışı ilə bağlı qadağanı aradan götürüb. Qeyd edim ki, 2016-cı ilin aprel döyüşlərində kamikadze dronları vasitəsilə ermənilərin müdafiə sistemləri və canlı qüvvələri yüksək dəqiqliklə vurulub”.

Eurasia Diary Teleqraf.com-a istinadla xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, bu Pilotsuz Uçan Aparatlar (PUA) vasitəsilə həmin döyüşlərdə erməni qoşunlarının manevr imkanlarını məhdudlaşdırmaq mümkün olmuşdu:

“Buna görə də, Azərbaycanda İsraillə birgə kamikadze dronlarının istehsalını həyata keçirəcək zavodun açılması zəruridir. İsraillə birgə hərbi təyinatlı istehsal müəssisələrimiz varsa, belə bir zavodun açılması da mümkündür. Buna görə də Ermənistan rəhbərliyi 2017-ci ildə İsrail Azərbaycana PUA verməsi məsələsini beynəlxalq müstəvidə qabartmışdı. İndi isə rəsmi Bakının Təl-Əvivlə qarşlılıqlı etimad mühitindəki əməkdaşlığı nəticəsində yenidən dronların Azərbaycana satılması reallaşacaq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...