Bu il Qarabağda hərbi əməliyyatlar gözlənilirmi? Hərbi ekspertlər

Analitika 15:08 15.02.2019

Son günlərdə Qarabağ probleminin gələcəyi ilə bağlı ekspertlərin mülahizələri olduqca çoxalıb. Ən son erməni politoloq Aris Qazinyan erməni KİV-nə verdiyi açıqlamada bildirib ki, Qarabağ probleminin siyasi həlli qısa zamanda baş tutmazsa biz yaz aylarında yeni hərbi toqquşmaların şahidi ola bilərik.

Qeyd edək ki, ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev də Real TV-yə verdiyi müsahibədə 2019-cu idə Qarabağ pobleminin həlli perspektivlərindən danışarkən aprel döyüşlərini xüsusi olaraq vurğulayıb və bu fonda hazırkı danışıqların önəmli olmasına diqqət çəkib.

Mövzuyla bağlı hərbi ekspertlər - Qarabağ qazisi polkovnik Şair Ramaldanov və Qarabağ qazisi podpolkovnik Üzeyir Cəfərov öz fikirlərini Eurasia Diary ilə bölüşüblər.

 

Ş. Ramaldanov: Ermənistanı sülhə məcbur etmək lazımdır

Ş. Ramaldanovun sözlərinə görə bu gün Azərbaycan ordusu tam döyüş hazırlığındadır və Ali Baş komandanın əmrini gözləyir. Ordunun maddi-texniki təchizatı yüksək səviyyədədir. Eyni zamanda aprel döyüşlərindən bu yana ordudakı əhval-ruhiyyə daha da yüksəlib. Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusundan biridir və bütün bu uğurlarda ali baş komandanın xüsusi rolu var.

ramaldanov ile ilgili görsel sonucu

Ş. Ramaldanov həmçinin qeyd edib ki, 2018-ci il bütövlükdə Ermənistan dövləti və ordusu üçün gərgin və çətin bir il oldu. Xüsusən, ilin sonlarında ölkədə baş verən dəyişikliklər erməni ordusuna da öz təsirini göstərdi. Erməni ordusunda ciddi nizam-intizam problemi və ruh düşkünlüyü mövcuddur. Belə bir şəraitdə Ermənistanda yeni formalaşmış hökumət Dağlıq Qarabağ probleminin həlli üçün addımlar atmağın yerinə qeyri-konstruktiv mövqe tutaraq məntiqsiz bəyanatlar verib. Təbii ki, bu siyasət ermənilərin özləri üçün ciddi problemlər yarada bilər.

Dağlıq Qarabağ probleminin siyasi-diplomatik həlli barədə fikir bildirən polkovnik Ramaldanov deyib ki, problemin diplomatik həlli o zaman mümkün ola bilərdi ki, Ermənistan müstəqil bir dövlət olsun və öz milli maraqlarını və iradəsini əks etdirən siyasət yeridə bilsin. Lakin təəssüf ki, bu ölkə tamamilə xarici qüvvələrdən asılı vəziyyətdədir. Bu asılılıq həm siyasi, həm iqtisadi, həm də hərbi sahələrdə özünü biruzə verir. Belə bir şəraitdə problemin siyasi həlli necə mümkün ola bilər?

Ş. Ramaldanovun sözlərinə görə, Dağlıq Qarabağ probleminin yeganə həlli Azərbaycanın hərbi və iqtisadi gücündən asılıdır. Azərbaycan nə qədər güclü olarsa qarşı tərəf bir o qədər onunla razılığa gəlməyə çalışar. Azərbaycan gücünü daha da artırmalı və düşməni, o cümlədən onun havadarlarını sülhə məcbur etməlidir. Əlbəttə, bu fonda istənilən addımların atılması, o cümlədən hərbi əməliyyatların həyata keçirilməsi istisna edilmir və bunu dəfələrlə öz çıxışlarında cənab ali baş komandan bəyan edib.

 

Ü. Cəfərov: "Apreldə Rusiya bizə xəyanət etdi"

Digər müsahibimiz podpolkovnik Üzeyir Cəfərov da Dağlıq Qarabağ probleminin siyasi həllinin mümkün olmadığını vurğulayıb. Onun sözlərinə görə problemlə bağlı danışıqlarda Rusiya, ABŞ və Fransa kimi dövlətlərin iştirakı razılıq əldə etməyə və sülhə mane olur. Minsk qrupu həmsədri olan bu ölkələr son 25 ildə problemin həlli üçün heç bir real addım atmayıblar və onlar bütövlükdə problemin həllində maraqlı deyillər. Minsk qrupunun həmsədri - Rusiya illərdir işğalçı dövlətə bir dəfə belə olsun torpaqların azad edilməsilə bağlı rəsmi çağırış etməyib. Həmçinin, onun silahlandırılmasını təmin edib. Beləliklə, Rusiya Qarabağ problemindən siyasi manipulyasiya vasitəsi kimi istifadə edir. Ona görə də problemin bu şəraitdə siyasi və diplomatik həlli mümkün görünmür.

Image result for üzeyir cəfərov

Ü. Cəfərov həmçinin qeyd edib ki, Azərbaycan güclü orduya malikdir və bu məsələdə qərarı özü verməlidir. Aprel döyüşlərində biz ordumuzun gücünü müşahidə etdik. Və qeyd edilməlidir ki, bu zaman Azərbaycan ordusu hücum deyil, özünümüdafiə əməliyyatı həyata keçirərək düşmən təxribatının qarşısını almışdı. Aprel döyüşlərində ordumuz əks-hücuma hazır idi, lakin yenə Rusiyanın xəyanətilə üzləşdik. O zaman Bakıda İlham Əliyevlə görüşən Sergey Lavrov bizi inandırmağa çalışırdı ki, Azərbaycan döyüşü dayandırsa o danışıqlarda ermənilərin güzəştə getməsini təmin edəcək. Lakin bu baş tutmadı. Hələ də biz Rusiyanın və Fransanın Qarabağ problemində tərəfli yanaşmasının şahidi oluruq. Ötən gün rus mətbuatı 4 hərbi qırıcının Ermənistana satılması xəbərini yayımladı. Hələ 12 qırıcının da satılması gündəmdədir. Bu Azərbaycana qarşı atılan addımdır, o qırıcılar döyüş zamanı bizim əsgərlərimizə atəş açacaq.

Həmçinin, podpolkovnik Cəfərov Azərbaycan Xarici İşlər nazirini tənqid edərək bildirib ki, Xarici işlər naziri tez-tez ermənilərə “vaxt verildiyi”ni qeyd edir. Cənab nazirdən soruşmaq lazımdır ki, məgər ermənilər Azərbaycan ərazilərini işğal etdikləri zaman bizə vaxt vermişdilər?

Sonda 2019-cu ildə Dağlıq Qarabağ probleminin həlli istiqamətində atıla biləcək addımları dəyərləndirən Ü. Cəfərov qeyd edib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyini davam etdirəcəyi halda Azərbaycan susmayacaq və real addımlar atacaq. Ona görə də lokal və ya genişmiqyaslı hərbi əməliyyatların baş verməsi mümkündür.

 

Nicat İsmayılov

Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI

Xəbər xətti

Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
İlqar Orucov: "Qarabağ Universiteti dünyanın nüfuzlu universitetləri sırasında olacaq"
16:00 23.04.2024
Azərbaycan Prezidenti: Dünya uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq
15:58 23.04.2024
Qarabağın yenidən qurulmasına xərclənən vəsaitin MƏBLƏĞİ
15:54 23.04.2024
İlham Əliyev: “Çinlə əməkdaşlıq genişlənir”
15:51 23.04.2024
Prezident: “COP29-a sədrliyimizə ölkəni təqdim etmək fürsəti kimi baxırıq”
15:48 23.04.2024
Hikmət Hacıyev Prezidentin Rusiya səfərindən DANIŞDI
15:40 23.04.2024
Ceyhun Bayramov erməni həmkarı ilə Qazaxıstanda görüşəcək?
15:30 23.04.2024
Gözlənilən sülh sazişi bu il imzalanacaq? - Endryu Koribko ilə ÖZƏL MÜSAHİBƏ
15:24 23.04.2024
İlham Əliyev: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”
15:18 23.04.2024
ATƏT-də Azərbaycan və Ermənistan nümayəndələri arasında mübahisə düşdü
15:09 23.04.2024
İlham Əliyev: “Bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur”
14:57 23.04.2024
Prezident: "Azərbaycan iqtisadiyyatı böhran vəziyyətində də sabit artım göstərdi"
14:52 23.04.2024
Putinin andiçmə mərasiminin tarixi AÇIQLANDI
14:51 23.04.2024
İlham Əliyev: “Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var”
14:49 23.04.2024
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
14:48 23.04.2024
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
14:44 23.04.2024
Prezident: “COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür”
14:35 23.04.2024
Sergey Stankeviç: “Tezliklə Cənubi Qafqaz tarixində yeni...” – MÜSAHİBƏ
14:30 23.04.2024
COP29-a görə vergi güzəştləri OLACAQ
14:27 23.04.2024
Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI
14:21 23.04.2024
Boşanmaq istəyənlər 15 dollar ÖDƏYƏCƏK – Azərbaycanda yeni qanun
14:11 23.04.2024
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu
14:07 23.04.2024
Azərbaycanda elektron siqaretlər qadağan oluna BİLƏR
13:59 23.04.2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
13:55 23.04.2024
Azər Həsrət Fetisov Jurnalistika Mükafatlarının təqdimatına qatılıb
13:50 23.04.2024
Ermənilər etnik azərbaycanlıların geri qayıtmaması üçün mina tələləri qurublar - Azərbaycan nümayəndəsi
13:46 23.04.2024
Parlamentdə Azərbaycanda vətəndaş nikahının artması barədə məsələ qaldırılıb, sədr bunu qanunsuz adlandırıb
13:40 23.04.2024
XİN müavini Haaqada ermənilərin faşist idealogiyasını üzə ÇIXARIB
13:31 23.04.2024
"Ermənistan işğal etdiyi əraziləri viran qoyub" - Elnur Məmmədov
13:20 23.04.2024
Sabah Bakıda 29 dərəcə isti olacaq – PROQNOZ
13:19 23.04.2024
Azərbaycanda yeni dövlət rüsumu MÜƏYYƏNLƏŞİR
13:10 23.04.2024
Alkoqollu içkilərin idxalı və istehsalı sahəsində yeni şərtlər müəyyənləşdirilir
13:05 23.04.2024
Körpələr evindəki qanunsuzluqlarla bağlı cinayət işi BAŞLANDI
12:58 23.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
12:49 23.04.2024
Hərbi xidmətdən yayınmaları təşkil etməkdə təqsirləndirilən şirkət rəhbərinin məhkəməsi BAŞLAYIR
12:43 23.04.2024
Almaniya Rusiya ilə müharibəyə hazırlaşır
12:42 23.04.2024
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü
12:39 23.04.2024
Qazaxla sərhəddə ermənilər arasında dava düşdü - VİDEO
12:36 23.04.2024
Hamısı