Paşinyanın sözünə fikir verməyin, işinə baxın Duqindən sensasiya

Analitika 15:15 12.03.2019

Paşinyan hazırda iki sərhəddə fəaliyyət göstərir. Qarabağ məsələsi, onun statusunun müzakirə edilmədiyi daxili siyasətdə ultramillətçilikdən istənilən imtina hər zaman çətin olub. Ermənistanda Qarabağdan olanların hələ də hakimiyyətdə olması nəzərə alınarsa, o zaman Qarabağ məsələsi ətrafında millətçi ritorikanın hər zaman vacib alət olduğunu deyə bilərik. Ona görə də heç kim bu məsələni daha diqqətli şəkildə ortaya çıxara bilməyib. Paşinyan müasir Ermənistanda bu populistik anı nəzərə almağa məcburdur. O öz xalqı üçün müəyyən sözlər ifadə etməyə məcburdur. Onun hakimiyyətdə olması daha çox populist, millətçi əhval-ruhiyyədən asılıdır.

Eurasia Diary axar.az-a istinadən xəbər verir ki, bunu “Moskva-Bakı” portalına müsahibəsində rusiyalı filosof və ideoloq Aleksandr Duqin deyib. Onun sözlərinə görə, geosiyasətdə ölkənin daxili faktorları daha az nəzərə alınır və dominantlıq etmir:

“ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən bəyan edilib ki, Ermənistan və Azərbaycan liderləri görüş üçün razılıq veriblər. Bununla Paşinyan ikitərəfli formatda, ilkin şərt olmadan danışıqlara gedir. Bu, Qarabağ prosesində yaxşılığa doğru irəliləyişi sübut edir. Mənim fikrimcə, Paşinyanı dinləmək lazım deyil, daha çox onun fəaliyyətinə baxmaq lazımdır. Əgər Paşinyan görüşə həqiqətən razılıq veribsə, bu o deməkdir ki, o, ritorikasına rəğmən məsələnin rasional həllinə doğru hərəkət edir, görüşə hazırlaşır və yol xəritəsini müzakirə edir. Bu isə çox şeydən xəbər verir. Əgər Ermənistan baş naziri öz dövlətinin məsuliyyətli başçısı kimi İrəvan üçün fundamental geosiyasi proseslərdə rasional yanaşma ilə iştirak etməyib, populist nöqteyi-nəzərdən çıxış etsə və millətçiliklə alovlandırılmış yerli əhalinin arzularını təmin etməyə çalışsa, sadəcə hakimiyyətini itirəcək”.

Duqin Paşinyanın danışıqlara qatılacağı halda özünün rasional siyasətçi simasını nümayiş etdirəcəyinə ümid etdiyini bildirib:

“Bu gün Ermənistan baş nazirinin şeytanlaşdırılması, sözlərinə nəzər yetirilməsi yerinə, onun fəaliyyətlərinə baxardım. Xatırladıram ki, hakimiyyətə gələndən sonra Paşinyan Rusiyaya və Azərbaycana münasibətdə kifayət qədər narahat jestlər nümayiş etdirdi, o cümlədən Serj Sərkisyanın dönəmində Dağlıq Qarabağ ətrafında 5 işğal edilmiş rayonun qaytarılmasıyla bağlı əldə edilmiş razılaşmanı icra etmək istəmədi. İndi situasiya dəyişə bilər. Rusiya üçün vacib olan konflikt tərəflərinin bir-biriylə hesab çürütməsi yox, sülh əldə etməsidir. Əgər Paşinyan rasional və məsuliyyətli yanaşma nümayiş etdirsə, bunu alqışlamaq və dəstəkləmək lazımdır. Hər vasitə ilə Azərbaycan və Ermənistan rəhbərlərinin ictimai səviyyədə görüşünü dəstəkləmək və hazırlamaq lazımdır. Xalqlara anlatmaq lazımdır ki, sülh mümkündür. Bəli, şərtlər çox çətindir. Bu ən çətin geosiyasi konfliktlərdən biri olsa da, burada sülh mümkündür”.

 
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
Hamısı