"Sudan xalqı azadlığı özü qazandı, onlar azadlığa layiqdir" - Hugh Miles | Eurasia Diary - ednews.net

20 Aprel, Şənbə


"Sudan xalqı azadlığı özü qazandı, onlar azadlığa layiqdir" - Hugh Miles

Ekspert rəyi A- A A+

Sudan öz tarixində dönüş nöqtəsi ilə üz-üzədir. Vətəndaş narazılığı inqlaba, diktaturanın məğlub olmasına gətirib çıxardı. Ömər əl Bəşirin 30 illik diktatorluğuna hərbi çevrilişlə son qoyuldu.

Proses hələ də davam edir. Yaxın Şərq üzrə mütəxəssis, mükafat qazanan jurnalist, "Arab Digest'in redaktoru Hugh Miles Eurasia Diary-yə açıqlama verib.

Miles, Sudan'daki inqilabı diktatorluğu sarsıtmaq, azad və demokratik Sudan qurmaq üçün tarixi bir fürsətin yarandığını deyir. Ekspert hesab edir ki, 2011-ci ildən bu yana regionda diktatorların məğlubiyyətini nəzərə alsaq, inqilab gözlənilmir.

‘’İnsanlara inqilab lazımdır, çünki onlar hərbi cinayətlərdə ittiham olunan Prezident Bəşirin qəddar və kleptokratik rejimindən uzun müddətdir ki, əziyyət çəkirlər. Onlar digər insanlar kimi azadlıq və firavanlıq axtarırlar və buna layiqdirlər" Hugh Miles qeyd edib.

Sudan ərəb dünyasının kəsişmə nöqtəsində yerləşən böyük ölkədir və ekspert regionda yaxın olan digər ölkələrə təsirin artmasını inkar etmir.

"Sudan inqilabına səbəb olan amillər, regionda çox sayda gizli və kleptokratik diktatorluqların da olması nəzərə alınarsa, diktatorluğun məğlubiyyəti qaçınılmazdır. Əsas sual isə bunun nə zaman olacağıdır’’.

Hugh Miles, inqilabın üçüncü gücün əli ilə dağıdılmadığını düşünür. Ancaq onların prosesə təsirlərinin qaçılmaz olduğunu da qeyd edir.

Böyük Sudan xalqı tarix boyunca əzilən hər xalqın etdiyi kimi vətəndaş çevrilişi ilə özlərini azad etdilər. Birlik olduğu müddətcə onları heç kim məğlub edə bilməyəcək. Heç bir kənar qüvvə onların azadlıq qazanmasına kömək olmadı, ancaq regionda davam edən proseslərdən qorxan bir çox ölkələr demokratik dəyişiklikləri idarə və ya nəzarət etməyə çalışacaq. Sudan təbii olaraq, qarşı çıxacaq və onların siyasi cəhətdən daha problemli olduqlarını göstərəcək’’, Hugh Miles fikrini tamamladı.

Hugh Miles mükafat qazanan jurnalist və yazar, prodüser, Yaxın Şərq üzrə ixtisaslaşmış məsləhətçidir. 1977-ci ildə Səudiyyə Ərəbistanının Ciddə şəhərində dünyaya gəlib. Miles, Liviyada Dragon School’da Oxford və Eton'da təhsil alıb. O, Pembroke kolleci, Oxford universiteti və "Dublin Trinity" kollecində ingilis ədəbiyyatını öyrənib. Parisdə Sorbonna Universiteti ilə bir illik tələbə mübadiləsi proqramı dövründə Miles, Time Out Paris-də redaktor, həmçinin, restoran və mağazalarda müfəttiş kimi çalışıb.  

"Əl-Cəzirə: Ərəb televiziya xəbərləri dünyaya necə meydan oxudu?" və " Qahirədə qumar oyunu" kitablarının müəllifidir.

Ülvi Əhmədli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...