"Belə getsə Qarabağ Azərbaycanın əlinə özü düşəcək" Erməni ekspertdən şok proqnoz

Qarabağda gərginlik atır

Analitika 11:19 18.04.2019

Qarabağın taleyi üçün kritik bir dövr başlayır. Artıq ötən ilin payızından etibarən Azərbaycanla Ermənistan arasında danışıqların intensivləşməsi prosesi müşahidə edilir. Azərbaycan bütün imkanları ilə işğalçı rejimi danışıqların sülh yoluyla həllinə inandırmağa və “təcavüzkarı razı salmağa” cəhdlər edir. Bir yandan da tərəflərin silahlanma yarışı davam edir. Azərbaycan son illərdə öz hərbi arsenalını daha da böyüdüb və hava hücumundan müdafiə sistemləri ilə birlikdə yeni nəsil qırıcılar almaq barədə də müvafiq müqavilələrə imza atıb.

 

Danışıqlarla silahlanma yarışının paralel getdiyi və xüsusən Azərbaycan tərəfində Qarabağ məsələsiylə bağlı əsəblərin tarıma çəkildiyi bir zamanda Qondarma Dağlıq Qarabağ Respublikasında (QDQR) düz bir il sonra, gələn ilin yazında seçkilər keçirilməsi planlaşdırılır. Qondarma rejimdəki seçkilərdə indidən 18-ə yaxın partiya, hərəkat və müxtəlif müstəqil namizədlərin iştirak edəcəyi gözlənilir. (Paşinyandan əvvəl bu rəqəm 13 idi) Qeyd edək ki, Qarabağda keçiriləcək seçkilər həm də ona görə bu qədər önəmlidir ki, hazırki “prezident” Bako Saakyan ötən il 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməyəcəyini qəti şəkildə bildirmişdi. Yəni, seçkiləri ermənilər üçün aktual edən əsas məqam 12 ildir “prezident” vəzifələrini icra edən şəxsin gələn ilki seçkilərdə namizəd olmayacağını açıqlamasıdır.

bako sahakyan ile ilgili görsel sonucu

 

Qeyd etmək lazımdır ki, Qondarma Dağlıq Qarabağ Respublikası prezidentli respublika hesab edilir. Yəni, burada sözdə, prezident əsas səlahiyyətli şəxs sayılır. Lakin bununla birlikdə 2020-ci ildə QDQR-də prezident seçkilərindən savayı parlament seçkiləri də keçiriləcək. Hər iki seçkilərdə iştirak edəcək namizədlər və partiyalara diqqət yetirdiyimiz zaman müşahidə edirik ki, onların seçkiqabağı platformalarında əsas ideya “Qarabağı Ermənistana birləşdirmək”dir.

 

Seçkilərdə uğur qazanma ehtimalı böyük olan əsas namizədlərdən biri Vitali Balasanyan hesab edilir. Balasyan 2012-ci ildə keçirilən seçkilərdə 32% səs toplamışdı. O, kifayət qədər nüfuzlu şəxs kimi tanınır və hazırda Təhlükəsizlik Şurasının katibidir. Eyni zamanda o “Qarabağın milli qəhramanı” statusuna sahibdir. Ona bu fəxri adı Ağdamın işgal edilməsindəki səylərinə görə veriblər.

vitali balasyan ile ilgili görsel sonucu

(Ağdamı zəbt edən erməni quldur dəstəsinin komandanı olub) Həmçinin seçkilərdə daha bir müstəqil namizəd, radikal seperatist mövqeyi ilə seçilən, “Qarabağ özünmüdafiə ordusunun” sabiq komandanı Samvel Babayanın da iştirakı gözlənilir. Babayan Şuşa və Laçının işğalında xüsusi rolu olan erməni terrorçusudur. (O, 2000-ci ildə Qondarma respublikanın rəhbəri Arkadi Qukasyanı güllələmişdi)

Ä°lgili resim

 

Hazırda Qondarma rejimin, qondarma parlamentində də vəziyyət olduqca mürəkkəbdir. Burada parlamentin səlahiyyətli xeyli az olmasına rəğmən, parlament seçkilərində də ciddi mübarizənin keçiriləcəyi proqnozlaşdırılır. Qondarma rejimin parlamentində hazırda 5 siyasi qüvvə formalaşıb: Azad Vətən partiyası (14), Daşnaksütyun partiyası (6), Artsax Demokratik Partiyası (6), Hərəkat 88 partiyası (3) Milli Dirçəliş (1)

 

Yuxarıda qeyd edilənlər əsasən Qondarma Dağlıq Qarabağ Respublikasında  keçiriləcək parlament və prezident seçkilərinin ümumi mənzərəsini əks etdirir. İndisə keçək bu mənzərənin erməni ekspertlərində doğurduğu təəsürata. Cənubi Qafqazın Geosiyasəti bloqunda erməni ekspertlərdən biri qeyd edir ki, Dağlıq Qarabağ Respublikası prezidentli respublika olduğundan burada keçiriləcək parlament seçkilərinin bir o qədər də ciddi əhəmiyyəti yoxdur. Həmçinin DQR-də istənilən namizəd bilir ki, rəsmi İrəvanın göstərişlərinə əməl etməsə iqtidarda qala bilməz. İrəvanın de-fakto seçilən namizədə veto qoymaq hüququ var və İrəvana tabe olmayan namizəd həm sosial, həm də iqtisadi və hərbi yardımlardan məhrum qala bilər.

 

“Dağ aşırımları” bloqunda başqa bir erməni ekspert (Qeyd edək ki, bu ekspert Xankəndidə yaşayır) isə qeyd edib ki, Azərbaycan prezidenti Heydər Əliyev illər əvvəl belə bir fikir söyləmişdi ki, “Dağlıq Qarabağ bizim əlimizə yetişmiş armud kimi özü düşəcək, sadəcə gözləmək lazımdır ki, o yetişsin. Əgər belə davam etsə bu fikir reallaşacaq".

Ekspetin sözlərinə görə, bu gedişlə Qarabağdakı qarşıdurma güclənəcək. Hələ seçkilər başlamayıb, ancaq indidən namizədlər arasında rəqabət və ziddiyət müşahidə edilir. Namizədlərin sayı çox olmaqla birlikdə, onların fikirləri, siyasi platformaları tamamilə müxtəlifdir. Beləki, namizədlərdən çoxu keçmiş döyüşçülər, sabiq general və ya polkovniklərdir. Onlar radikal fikirləriylə seçilir. “Unutmaq olmaz ki, bu gün Dağlıq Qarabağda ac uşaqlar və insanlar var. Bunun müqabilində isə Qarabağda rəhbər vəzifələrdə çalışmış, bu günsə namizəd olan bir çoxlarının 100 min dollarlıq maşınları, milyon dollarlıq sarayları var. Mən, heç bir imtiyazı olmayan sabiq döyüşçüləri, veteranları görəndə onların üzünə baxa bilmirəm” deyə o əlavə edib. Ekspert həmçinin bildirib ki, müharibə heç kimi xoşbəxt edə bilməz. Əgər kim düşünürsə ki, müharibə başlasa yığdığı pulları götürüb qaçacaq, Köçəryanı yadına salsın. O, dünən milyonçu idi, bu günsə həbsxanada çürüyür.

 

Sonda qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi qondarma respublikada keçirilən seçkiləri tanımadığını dəfələrlə bildirib. Eyni zamanda 2015-ci ildə Avropa İttifaqıda öz növbəsində Qarabağda keçirilən bələdiyyə seçkilərini tanımadığını bildirmiş və bu seçkilərin Dağlıq Qarabağın gələcək statusu və problemin həlli istiqamətində həyata keçirilən danışıqların inkişafına mənfi təsir göstərdiyini bəyan etmişdi.

 

Qarabağda keçirilən seçkilər təbii ki, qanunsuzdur və Azərbaycan tərəfindən heç də üstündən keçiləcək bir məsələ deyil. Ona görə də seçkilərin rahat bir şəkildə keçirilməsinə imkan vermək olmaz. Qarabağda hakimiyyəti ələ almaq istəyənlərə bir baxaq, Samvel Babayan -  Şuşanı işğal edən ordunun komandanı, Vitali Balasanyan - Ağdamı işğal edən ordunun rəhbərlərindən biri. Əsas rəqabətin də məhz bu uşaq qatilləri arasında keçəcəyi gözlənilir. Ağdamı, Şuşanı işğal edənlər indi işğal etdikləri ərazidə yaratdıqları qondarma respublikanın rəhbəri olmağa hazırlaşırlar. Halbuki onlar çoxdan müharibədə törətdikəri cinayətlərə görə ya həbs edilməli, ya da öldürülməli idilər...

 

Seçkilərdə iştirak edənlər arasında rəqabəti intensivləşdirən digər bir faktor, onların ayrı-ayrı siyasi qruplaşmalara tabe olmalarıdır. Babayan və Balasyan böyük ehtimalla Qarabağ klanına xidmət edir. Seçkilərdə namizədliyi proqnozlaşdırılan Arayik Harutunyan isə Bako Saakyanın kadrıdır və Paşinyanın qruplaşmasına daha yaxındır. Qeyd edək ki, Harutunyan zabit deyil, iqtisadçıdır və Qarabağ Qızıl Fabriki müdürü vəzifəsini icra edib, həmçinin uzun illər baş nazir olub. Hazırda bu post ləğv edildiyindən Hartunyan dövlət naziri vəzifəsini icra edir.

Arayik Harutyunyan ile ilgili görsel sonucu

 

Ona görə də Qarabağdakı seçkilər burada yaşayan ermənilərin Paşinyanın klanına dəstək verib, verməməsini öyrənmək baxımından önəmlidir. (Təbii ki, Paşinyan üçün). Paşinyan iqtidarı məhz bunu müəyyənləşdirmək üçün seçkilərə bu qədər diqqət yönəldir. Qarabağda Paşinyanın deyil, Qarabağ klanının namizədi seçilsə belə rəsmi İrəvan burada bir çox təsir imkanlarına sahibdir. Ancaq bu ehtimal Paşinyan üçün hələ də Qarabağdan real təhlükənin gələ biləcəyinə işarə edir. Azərbaycansa seçkilərinin taleyindən çox, keçirilib-keçirilməyəcəyi ilə maraqlanmalıdır. Bu seçkilərdə radikal qruplaşmaların qondarma rejimdə rəhbərliyə gəlmə şansı artır. Buna yol vermək olmaz. Üstəgəl sözügedən seçkilər torpaqların işğaldan azad edilməsi üçün yaxşı imkan yarada bilər. Əvvəla hüquqi cəhətdən Azərbaycan işğal edilmiş torpaqlarında qanunsuz seçkilərə imkan verməməsi tam leqaldır. Həmçinin Qarabağda klanlar arasında toqquşma ehtimalı çox böyükdür. Çünki namizədlərin çoxu əli silahlı quldurlardır. Onların arasında rəqabətdən savayı nifaq da var. Bu nifaqdan məharətli istifadə etmək və Qarabağdakı durumu öz xeyrimizə dəyişməyin vaxtı gəlib çatıb.

 

Nicat İsmayılov

Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI

Xəbər xətti

Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
İlqar Orucov: "Qarabağ Universiteti dünyanın nüfuzlu universitetləri sırasında olacaq"
16:00 23.04.2024
Azərbaycan Prezidenti: Dünya uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq
15:58 23.04.2024
Qarabağın yenidən qurulmasına xərclənən vəsaitin MƏBLƏĞİ
15:54 23.04.2024
İlham Əliyev: “Çinlə əməkdaşlıq genişlənir”
15:51 23.04.2024
Prezident: “COP29-a sədrliyimizə ölkəni təqdim etmək fürsəti kimi baxırıq”
15:48 23.04.2024
Hikmət Hacıyev Prezidentin Rusiya səfərindən DANIŞDI
15:40 23.04.2024
Ceyhun Bayramov erməni həmkarı ilə Qazaxıstanda görüşəcək?
15:30 23.04.2024
Gözlənilən sülh sazişi bu il imzalanacaq? - Endryu Koribko ilə ÖZƏL MÜSAHİBƏ
15:24 23.04.2024
İlham Əliyev: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”
15:18 23.04.2024
ATƏT-də Azərbaycan və Ermənistan nümayəndələri arasında mübahisə düşdü
15:09 23.04.2024
İlham Əliyev: “Bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur”
14:57 23.04.2024
Prezident: "Azərbaycan iqtisadiyyatı böhran vəziyyətində də sabit artım göstərdi"
14:52 23.04.2024
Putinin andiçmə mərasiminin tarixi AÇIQLANDI
14:51 23.04.2024
İlham Əliyev: “Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var”
14:49 23.04.2024
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
14:48 23.04.2024
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
14:44 23.04.2024
Prezident: “COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür”
14:35 23.04.2024
Sergey Stankeviç: “Tezliklə Cənubi Qafqaz tarixində yeni...” – MÜSAHİBƏ
14:30 23.04.2024
COP29-a görə vergi güzəştləri OLACAQ
14:27 23.04.2024
Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI
14:21 23.04.2024
Boşanmaq istəyənlər 15 dollar ÖDƏYƏCƏK – Azərbaycanda yeni qanun
14:11 23.04.2024
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu
14:07 23.04.2024
Azərbaycanda elektron siqaretlər qadağan oluna BİLƏR
13:59 23.04.2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
13:55 23.04.2024
Azər Həsrət Fetisov Jurnalistika Mükafatlarının təqdimatına qatılıb
13:50 23.04.2024
Ermənilər etnik azərbaycanlıların geri qayıtmaması üçün mina tələləri qurublar - Azərbaycan nümayəndəsi
13:46 23.04.2024
Parlamentdə Azərbaycanda vətəndaş nikahının artması barədə məsələ qaldırılıb, sədr bunu qanunsuz adlandırıb
13:40 23.04.2024
XİN müavini Haaqada ermənilərin faşist idealogiyasını üzə ÇIXARIB
13:31 23.04.2024
"Ermənistan işğal etdiyi əraziləri viran qoyub" - Elnur Məmmədov
13:20 23.04.2024
Sabah Bakıda 29 dərəcə isti olacaq – PROQNOZ
13:19 23.04.2024
Azərbaycanda yeni dövlət rüsumu MÜƏYYƏNLƏŞİR
13:10 23.04.2024
Alkoqollu içkilərin idxalı və istehsalı sahəsində yeni şərtlər müəyyənləşdirilir
13:05 23.04.2024
Körpələr evindəki qanunsuzluqlarla bağlı cinayət işi BAŞLANDI
12:58 23.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
12:49 23.04.2024
Hərbi xidmətdən yayınmaları təşkil etməkdə təqsirləndirilən şirkət rəhbərinin məhkəməsi BAŞLAYIR
12:43 23.04.2024
Almaniya Rusiya ilə müharibəyə hazırlaşır
12:42 23.04.2024
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü
12:39 23.04.2024
Qazaxla sərhəddə ermənilər arasında dava düşdü - VİDEO
12:36 23.04.2024
Hamısı