Sabah komediyaçı Zelenski prezident ola bilər

Əgər Ukraynada prezident seçkilərində aktyor qalib gəlsə, deməli orada demokratiya var.

Müsahibələr 15:55 20.04.2019

21 aprel tarixində Ukraynada prezident seçkilərinin ikinci turu keçiriləcək. Hazırki dövlət başçısı Pyotr Poroşenko və onun rəqibi aktyor Vladimir Zelenskinin seçki kampaniyasının üzvləri namizədlərin reytinqini qaldırmaq üçün bütün vasitələrdən istifadə edərək fəal şəkildə çalışırlar. Rusiyanın dövlət televiziya kanalları Zelenskini açıq şəkildə dəstəkləyir, Poroşenkonu ittiham edirlər və əslində bu şəkildə ukraynalıları prezidentin rəqibinə səs verməyə çağırırlar. Azərbaycanda insanlar rus televiziya kanallarını izləyərkən onlarda Ukrayna hadisələrinə münasibət formalaşır.

Eurasia Diary ukraynalı politoloq, ictimai xadim, alim və diplomat, Azərbaycanda rus tok-şoularında iştirakıyla tanınan Vadim Tryuxana suallar ünvanlayıb.

- Zelenski haqda Ukraynanın növbəti prezidenti kimi danışmaq оlar yoxsa Poroşenkonun 21 apreldə onu məğlub etmək imkanı var?

- Yalnız inanılmaz bir fövqəladə vəziyyətin yaranması Zelenskinin prezident seçkilərində qazanması və vəzifəyə gəlməsinə mane ola bilər. Son sosial sorğular namizədlər arasında, Ukrayna üçün görünməmiş -  indiki prezidentin xeyrinə olmayan 2 dəfədən çox olan fərqi ortaya qoyur. Ancaq rəsmi nəticələri gözləmək lazımdır. Ukraynada həmişə hər şeyə seçicilər qərar verir. Və xalqın beşinci hissəsi haradasa bir yerdə hələ də öz seçimlərini qətiləşdirməyib.

- Zelenskinin sirri nədir? Axı o, siyasətçi deyil, politoloq deyil, partiya fəalı deyil, komediyaçıdır. Amerikada gözlənilmədiyi halda prezident seçilmiş Donald Tramp ən azından iqtisadiyyat üzrə iki bestseller yazıb. Bəs Zelenski nə ilə Ukraynalıların xoşuna gəlib?

- Bir çox amillər üst-üstə düşüb. Birincisi, ənənəvi siyasətçilər ukraynalıları məyus edib. İkincisi, Zelenskinin seçki kampaniyası gözlənilmədən uğurlu oldu. O, ən son texnologiyalardan, minimum qara piyardan istifadə edərək, cəmiyyətə daha yaxşı gələcək üçün ümid verdi. "Keçmiş və gələcək arasında seçim edirik" şüarını demək kifayətdir. Üçüncüsü, Pyotr Poroşenko onu dəstəkləməyən seçiciləri "Putinin tərəfdarları"ndan "mal-qara sürüsü"nə kimi ağılasığan və sığmayan bütün mənfi epitetlərlə adlandırmaqla yanlış bir kampaniya strategiyasını seçdi. Bu yanaşma insanları yalnız qəzəbləndirdi, onları hazırki prezidentdən uzaqlaşdırdı. Bundan əlavə, Zelenskiyə qarşı istifadə edilən bütün qara piyar kampaniyası yalnız onun xeyrinə işlədi. İnsanlar Zelenskinin tərcümeyi-halında elə bir ciddi problemlər görməmişdi.

- Bir çoxları üçün Zelenski sirr olaraq qalır. Həqiqətən də, xarici və daxili siyasətin bir çox məsələlərində o, konkretlikdən qaçmağa çalışır. Buna baxmayaraq, televiziyada əsas istiqamətlər üzrə verdiyi son müsahibələri və bəyanatlarına baxsaq, bu siyasətçinin mövqeyi artıq formalaşıb.

Onun üçün prioritet məsələ Ukraynanın şərqində atəşkəsin əldə olunmasıdır. Eyni zamanda, müstəqillik və suverenlik kimi məsələlərdə o güzəştə getməyəcək. Ola bilsin ki, Rusiya ilə ünsiyyətin doğru formasını tapmaq ona asan olmayacaq. Bununla belə, öz işinin öhdəsindən gələ biləcəyi hissi yaradır. Kremlin son altı ay və ya bir il ərzində Pyotr Poroşenkoya qarşı göstərdiyi sərt münasibət ona qarşı yoxdur.

Aİ və NATO xarici siyasətin əsas istiqamətləridir. Vladimir Zelenski Ukraynanın bu təşkilatlar istiqamətində hərəkət edəcəyini açıq şəkildə ifadə edib.

Eyni zamanda, o, NATO-ya daxil olmaq məsələsi gündəmdə olduğu zaman bütün cəmiyyətin dəstəyini almaq üçün referendum keçiriləcəyini vəd etdi.

AB və NATO ilə yanaşı, digər ölkələrlə qarşılıqlı əlaqələr barədə fikirlər demək olar ki, səsləndirilməyib. Lakin, komanda üzvlərinin şərhlərinə əsasən, işin ciddi şəkildə aparılacağı qənaətinə gəlmək olar. Hesab edirəm ki, Ukrayna ilə Azərbaycan arasında münasibətlərdə, Rusiya hökumətinin Ukraynaya neft məhsullarının tədarükünün dayandırılmasına dair qərarına görə, xüsusilə enerji sektorunda fəallıq olacaq.

O, nə korrupsiyada, nə də dövlət əmlakının mənimsənilməsi və s. bu kimi əməllərdə iştirak etməyib. Nümunəvi ailə başçısı, uğurlu iş adamı, bir çoxları tərəfindən sevilən aktyor. Bütün bu amillər onu, gözlənilmədiyi halda, ukraynalıların əksəriyyətinin sevimlisinə çevirdi.

- O zaman "prezident Zelenski" necə biri olacaq?  Əgər onun vədlərinə və reallığa inansaq, Ukraynanın Rusiya Federasiyası, Avropa Birliyi və Azərbaycan ilə münasibətlərində nə dəyişəcək?

Ukrayna üçün AB və NATO-ya qoşulma məsələsi həyati əhəmiyyət kəsb edir. Buna görə də, kim növbəti prezident olsa, bu vəzifənin icrasını təmin etmək üçün institusional mexanizmə ciddi düzəlişlər edilməli, eləcə də kadr siyasəti təkmilləşdirməlidir. Bununla yanaşı, unutmamalıyıq ki, irəli getmək üçün daxili siyasətdə - korrupsiyaya qarşı mübarizə tədbirləri, iqtisadi inkişaf və s. sahələrdə uğur qazanılmalıdır. Problem ondadır ki, Ukraynada dövlətin idarə forması parlamentli respublikadır. Prezident təkbaşına ölkəni nə NATO-ya, nə də ki, AB-yə qoşulmağa hazırlaya bilməz. Bu ən azından 90% hökumətin və parlamentin vəzifəsidir.

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı