Gürcüstanla Azərbaycan arasında monastr problemi? Politoloq: Gərginlik olmadan aradan qaldırılacaq

Analitika 12:11 26.04.2019

Azərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiyası (müəyyənləşdirilməsi) hələ də tam olaraq başa çatdırılmayıb. Beləki, aprelin 3-də rəsmi Tbilisi Gürcüstan və Azərbaycan arasında dövlət sərhədinin 34 %-nin mübahisə predmeti olduğunu bəyan etmişdi. Məlumatda bildirilirdi ki, delimitasiya üzrə dövlət komissiyaları səviyyəsində 66% sərhəd razılaşdırılıb və qalan seqmentlərin razılaşdırılması məqsədi ilə danışıqlar davam edir.

 

Aprel ayının 21-də Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycanla həmsərhəd zonaya səfər edib. Zurabişvili orada gürcü sərhədçiləri ilə görüşüb. Görüşdən sonra o, Gürcüstan-Azərbaycan sərhədinin demarkasiyası prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, Gürcüstan-Azərbaycan sərhədinin müəyyən edilməsi üzrə məsələni təcili həll etmək lazımdır. Prezidentin sözlərinə görə, bu məsələni təxirə salmaq olmaz.

 

Bu gün isə “Kafkazski Uzel” saytı başda olmaqla bir çox mətbuat orqanlarında aprel ayının 24-dən etibarən gürcü vətəndaşların Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşən “Keşiş dağ” monastrına (Qaraca məbədi) daxil olmalarında problemin meydana gəldiyi və Azərbaycan sərhədçilərinin gürcü vətəndaşlarını əraziyə buraxmadığı yazıldı.

 

Qeyd etmək lazımdır ki, bu məbəd gürcü xristianlarının ən çox ziyarət etdiyi kilsələrdən biridir və Azərbaycanla Gürcüstan sərhədində mübahisəli ərazidə yerləşir. Eduard Şvardnadze Gürcüstana prezidentliyi dövründə dəfələrlə Heydər Əliyevlə görüşlərdə bu məbədin Gürcüstana verilməsini və ya ərazi mübadiləsinin həyata keçirilməsini xahiş etmişdi. O, dövrlərdə Heydər Əliyevin gürcü həmkarının xahişini nəzərə almaması Gürcüstanda uzun müddət müzakirə edilmişdi. Hətta erməni mətbuatına Azərbaycanla Gürcüstan arasında ciddi bir konfliktin meydana gəldiyi yazılırdı, lakin daha sonra bu məsələ hər iki lider tərəfindən dinc yolla həll edildi.

david qareci kilsəsi ile ilgili görsel sonucu

İllərdir Gürcüstan vətəndaşları müqqəddəs günlərdə, Pasxa bayramında bu kilsəni ziyarət edirdilər. Vətəndaşların kilsəni ziyarət etməsi üçün Azərbaycanın sərhəd mühafizə orqanları kiçik yoxlamalar həyata keçirərək vətəndaşları buraya rahat buraxırdılar. Lakin son iki gündə gürcüstanlı zəvvarların gediş-gəlişində müəyyən çətinliklər yaranıb və sərhəddə yoxlamalar artıb.

 

Gürcüstan prezidentinin sərhədlərin “təcili” delimitasiyasıyla bağlı açıqlamasından bir həftə keçməmiş Gürcüstan vətəndaşlarının Azərbaycana buraxılmaması Azərbaycanın Zurabişvilinin bəyanatına reaksiyası kimi qiymətləndirilə bilər.  Qeyd edək ki, məsələylə bağlı XİN bəyanat yayıb. Bəyanatda qeyd edilir ki, Azərbaycan həmişə Gürcüstanla sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub. Keşikçidağ (David Qareci) monastr kompleksi Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca təxminən 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarətdir və həmin kompleks təpələr sırası ilə iki hissəyə bölünür: "Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə prosedurları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur. Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub. Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır".

 

Eyni zamanda problemlə bağlı Gürcüstan Xarici İşlər Naziri David Zalkaliali Azərbaycanla Keşiş dağ istiqamətində yerləşən sərhəddə gediş-gəlişlə bağlı problemlərin meydana gəldiyini təsdiqləyib və qeyd edib ki, “problem bizə əxz edilən kimi azərbaycanlı kolleqalarla danışıb, məsələni həll etdik. Artıq heç bir problem qalmayıb”. Verilən rəsmi bəyanatlardan da bir daha aydın olur ki, son iki gündə doğrudan da sərhəddə vətəndaşların gediş-gəlişində çətinliklər yaranıb.  Bəs nə üçün Gürcüstan vətəndaşları sərhəddən buraxılmayıb? Azərbaycanla Gürcüstan arasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı hansısa problemlər yarana bilərmi?

David Zalkaliani ile ilgili görsel sonucu

 

Bu sualları politoloq, millət vəkili Rasim Musabəyov Eurasia Diary üçün cavablandırıb.

rasim musabəyov ile ilgili görsel sonucu

R. Musabəyov qeyd edib ki, dəfələrlə Azərbaycan və Gürcüstan tərəfi sərhədlərin tam delimitasiya edilmədiyini və bu sahədə danışıqların davam etdirildiyini bildiriblər. Keşiş dağ ərazisi və onun ətrafındakı bəzi məntəqələr də mübahisəli ərazidir. Gürcülərin David Qareci olaraq adlandırdıqları monastr ərazisinin bir hissəsi Azərbaycana, bir hissəsi Gürcüstana düşüb. Ona görə də monastrı ziyarət etmək istəyənlər sənədlər və yoxlanışlar əsasında Azərbaycan ərazisinə buraxılırlar. İllərdir burada vətəndaşlar rahat şəkildə, sadə prosedurlara əməl edilmək şərtilə keçib gedirdilər. Son iki gün ərazində sərhəddə ciddi yoxlamaların həyata keçirilməsi və bəzi Gürcüstan vətəndaşlarının əraziyə buraxılmamasının arxasında heç bir siyasi səbəb yoxdur. Məlumdur ki, Azərbaycanda Formula 1 yarışları keçirilir və yalnız Gürcüstanla deyil, bütün dövlətlərlə sərhədlərdə ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir. Nə ciddi problem var, nədə ki, gərginlik. Azərbaycanla Gürcüstan arasında gərginlik yaratmaq istəyən bir çox dövlətlər var. Amma bütün bunlara rəğmən iki dövlət müttəfiqdirlər. Sərhədlərin delimitasiyasına gəldikdə isə yenidən qeyd etmək istəyirəm ki, Azərbaycanla Gürcüstan bir çox sahədə əməkdaşlıq edən iki müttəfiqdir. Bütün məsələlərdə olduğu kimi sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı məsələni də danışıqlar əsasında diplomatik yolla, heç bir gərginliyə şərait yaratmadan həll edəcəklər.

 

Mübahisəli ərazidə yerləşən monastr böyük coğrafi sahəni əhatə edir. Məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşir. Keşikçi məbədinin mənşəyinə dair azərbaycan və gürcü mənbələri arasında tarixi konsensus mövcud deyildir. Azərbaycan mənbələrinə görə Keşikçi məbədi qədim alban mənşəli olub, Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Əksər gürcü mənbələri isə məbədin gürcü mənşəli olub tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edirlər.

 

Azərbaycan tarixçilərinə görə məbəd gürcülər tərəfindən yalnız IV Qurucu Davidin hakimiyyəti dövründə (1089-1125) ziyarət edilməyə başlanmış, daha sonra Tamaranın hakimiyyəti dönəmində (1184-1207) gürcü kilsəsinin təsiri altına düşmüşdür. O dövrdə Azərbaycanda mövcud olan müsəlman Atabəylər dövləti, həmçinin Şirvanşahlar dövləti xristian məbədlərinə o qədər də maraq göstərmir və onları himayə etmirdilər. Məhz belə bir dövrdə onsuz da sayca azlıqda qalan xristian albanlar dağlara çəkilmişdilər və bu məbəd də o dövrdə tərk edilmişdi. Aparılan tədqiqatlar göstərmişdir ki, məbədin divarlarına çəkilmiş şəkillər və gürcü dilində olan yazılar onun yaşına nisbətən xeyli gəncdir.

 

2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə həmin ərazidə Keşikçidağ Dövlət Tarix Mədəniyyət Qoruğu yaradılmışdır. Qoruğa 70-dək mağara, bir qala, iki məbəd və bir inanc yeri daxildir.

 

Nicat İsmayılov

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Hamısı