Almaniya kubokunun qalibi müəyyənləşib.
Həlledici qarşılaşmada “Bavariya” və Frankfurt “Ayntraxt”ı üz-üzə gəlib.
Ölkənin ən titullu klubu olan "Bavariya" matçın favoriti sayılsa da, “Qızıl dubl”u rəsmiləşdirə bilməyib. Çempion bu matçdan 1:3 hesablı məğlubiyyətlə ayrılıb.
Düzdü, Rebiçin 11-ci dəqiqədəki qolundan sonra, 56-cı dəqiqədə Levandovski hesabda tarazlıq yaradıb. Lakin final fitinə 6 dəqiqə qalmış dublunu rəsmiləşdirən Rebiç kuboku Frankfurta yaxınlaşdırıb. Marçın son dəqiqələrində isə Qaçimoviç görüşdə son nöqtəni qoyub.
Beləliklə, "Ayntraxt" tarixində 5-ci dəfə kuboka sahib çıxıb.