“Qarabağ”ın bosniyalı qapıçısı İbrahim Şehiç klubdan ayrılmaq qərarına gəlib.
Futbolçunun klubun təklif etdiyi yeni şərtlərlə razılaşmadığı üçün müqaviləsini uzatmadığı bildirilir.
Qeyd edək ki, Şehiç 2013-cü ilin oktyabrından “Qarabağ”ın qapısını qoruyur.