Dünya çempionatının bu gün keçirilən Argentina - İslandiya matçından sonra ara qarışıb.
Qaynarinfo.az xəbər verir ki, qarşılaşmanı canlı izləyən əfsanəvi futbolçu Dieqo Maradona final fitindən sonra Argentinanın geyim otağına girməyə çalışıb və polis tərəfindən saxlanılıb.
Maradonanın Lionel Messinin penalti zərbəsini vura bilməməsinə qəzəbləndiyi və buna görə də onunla danışmaq üçün geyim otağına girmək istədiyi deyilir.