“Dostluq üçün futbol” turnirində “Şimpanze” qalib gəlib

İdman 18:02 16.06.2018

Rusiyanın paytaxtı Moskvada keçirilən “Dostluq üçün futbol” (Football for Friendship) turnirinə yekun vurulub. "Rekord.az" xəbər verir ki, “Sapsan Arena”da azarkeşlər final qarşılaşmasına şahidlik ediblər.

200-dən çox ölkədən gəlmiş uşaqların müxtəlif qruplarda komandalara bölünərək matçlar keçirib, pley-off mərhələsinə vəsiqə qazandığı oyunların həlledicisində “Komodo əjdahası” ilə “Şimpanze” üz-üzə gəlib.

Turnirin formatına görə, hər ölkədən bir 12 yaşlı futbolçu yarışa dəvət alır. Onlar hərəsində 6 nəfər olmaqla püşklə nadir heyvanların adları verilən komandalara bölünür, müxtəlif qruplarda mübarizə aparırlar. Məsələn, bu turnirdə ölkəmizi 12 yaşlı Conatan Ferqüsson təmsil edib. Gənc futbolçu qapıçı kimi çıxış edib. Ferqüsson “Rotşild zürafəsi” komandasında Kosta-Rika, Qırğızıstan, Sent-Lüsiya, Laos və Kamar adalarından olan gənc oyunçularla birlikdə çıxış edib.  Conatan Ferqüsson 2005-ci ildə Bakıda doğulub.

Beləliklə, finalda “Komodo əjdahası” ilə “Şimpanze” qarşılaşıb. “Əjdaha”nın heyətində Uels. Keniya. Dominikan Respublikası, Qvineya-Bisau, Filippin və Braziliyadan uşaqlar yer alıblar. Ancaq adı böyük olsa da, qalib adını çevik “Şimpanze” qazanıb. Bu komandanın heyətində Kameron Qreqori Filip (Domenika), Jeronimo Rodriqes Uruena (Kolumbiya), Peter Paulo (Malavi), Yamiru Ouorou (Benin), Deo Kalenqa Mvenze (Konqo DR) oynayıb, məşqçiləri isə Sent Kitts və Nevisdən olan gənc Aleks Onil Cunior Daniel olub.

Minimal hesabla qalib gələn “Şimpanze” qalibə təqdim edilən “Doqquz dəyər” kubokunu başı üzərinə qaldırıb.

“Qazprom” İSC-nin himayədarlığı ilə “Dostluq üçün futbol” Beynəlxalq Uşaq Sosial proqramı 2013-cü ildən keçirilir. Layihənin məqsədi – uşaq futbolunu inkişaf etdirərək azyaşlılarda digər xalqlar və mədəniyyətlərə etiram və tolerantlığı tərbiyə etməkdir.

Forumun iştirakçıları doqquz dəyəri: dostluq, bərabərlik, ədalət, sağlamlıq, əmin-amanlıq, sədaqət, qələbə, adət-ənənə, dürüstlük və şərəfi təbliğ edir. Proqramda gənc futbolçular (qızlar və oğlanlar, hətta fiziki qüsurlu gənclər), “Dostluq üçün futbol” Uşaq Mətbuat Mərkəzi çərçivəsində gənc jurnalistlər iştirak edir. Son 5 il ərzində proqramda 3,7 mindən çox uşaq iştirak edib.

“Dostluq üçün futbol” layihəsi çərçivəsində minlərlə uşaq və yeniyetmə yoldaşlıq oyunları, açıq məşqlər, fleşmob və idman şənliklərində iştirak edirlər.

Həmin gün bərabərlik, digər xalqların mədəniyyətlərinə hörmət, əmin-amanlıq şəraitində yaşamaq kimi insani dəyərləri qiymətləndirənlər qollarına göy-yaşıl qolbaq taxır. Göy rəng – aydın səmanı, yaşıl isə - hər kəs üçün əlçatan olan futbol meydançasını simvolizə edir. Dünyanın bir çox ölkələrindən olan aparıcılar, jurnalistlər, artistlər iştirakçıları dəstəkləyir.

2017-ci ildə Azərbaycanı təmsil edən Rəvan Kazımov turnirin qaliblərindən biri olub.

"Rekord.az" “Dostluq üçün futbol” layihəsinin informasiya tərəfdaşıdır.

Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO

Xəbər xətti

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
17:50 29.03.2024
Prezidentin köməkçisi: “ABŞ-ın müəyyən bəyanatları və addımları bizi məyus edir”
17:45 29.03.2024
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:40 29.03.2024
Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO
17:30 29.03.2024
Sumqayıtda fəhlə zavodda xəsarət alaraq öldü
17:10 29.03.2024
Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayır
17:00 29.03.2024
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan sülhə yaxındır”
16:51 29.03.2024
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Bu hadisə Azərbaycan tarixində bir ilk oldu - Sahib Məmmədov və Əbülfəz Mehdiyev ilə MÜZAKİRƏ - VİDEO
12:45 29.03.2024
Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Hamısı