Zədə səbəbindən Uruqvayla matçda meydana çıxmayan misirli ulduz futbolçu Məhəmməd Salahın növbəti oyunun start heyətində yer alacağı açıqlanıb.
Misir yığmasının rəsmiləri onun iyunun 19-da Rusiya ilə qarşılaşmada iştirak edəcəyini bildiriblər.
Onlar Salahın Uruqvayla matçda da hazır olduğunu, lakin risk edilmədiyini deyiblər.
Qeyd edək ki, DÇ-dəki ilk matçında Misir yığması Uruqvaya 1-0 məğlub olmuşdu.