Portuqal futbolçu Kriştianu Ronaldu DÇ-2018-in qrup mərhələsinin birinci turunda İspaniya ilə keçirilən oyunda saatda 38,6 km sürət yığıb.
Bu barədə Almaniyanın "One" kanalı məlumat verib. Yeni rekordun təsdiqlənməsi gözlənilir. Hələ ki, FİFA-nın rəsmi statistikasına əsasən, portuqaliyalı futbolçunun bu oyunda maksimum sürəti 34 km/saat təşkil edib.
Ronaldo het-trik etdiyi matçda əks hücum zamanı bu sürəti yığıb, həmin hücum qol ilə nəticələnməyib. Oyun 3:3 hesabı ilə yekunlaşıb.
Hazırda rəsmi sürət rekordu 36,9 km/saatla Qaret Beylə məxsusdur.