Rusiyada keçirilən futbol üzrə dünya çempionatının D qrupunda ikinci turun oyunlarına yekun vurulub.
Nigeriya İslandiya ilə üz-üzə gəlib.
"Volqoqrad Arena"da baş tutan qarşılaşma Nigeriyanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə hər iki qolu Ahmed Musa vurub. 26 yaşlı hücumçu 49 və 75-ci dəqiqələrdə fərqlənməklə komandasına qələbə qazandırıb. Mundialda ilk qələbəsini qazanan Nigeriya xallarının sayını 3-ə çatdırıb. İslandiya isə iki turdan sonra 1 xala malikdir.
DÇ-2018
22 iyun
II tur
D qrupu
19:00. Nigeriya - İslandiya - 2:0
Qol: Ahmed Musa, 49. 75
Hakimlər: Mettyu Konger, Saymon Lant (hər ikisi yeni Zelandiya), Tevita Makasini (Tonqa), Rikardo Montero (Kosta-Rika), Hiroşi Yamauçi (Yaponiya)
Volqoqrad, "Volqoqrad Arena"
***
Dünya çempionatında 2-ci turun oyunları davam edir.
Hazırda D qrupunda Nigeriya ilə İslandiya qarşılaşır.
***
Əhməd Musa 48-ci dəqiqədə hesabı açaraq komandasına ilk qolu qazandırıb: 1 - 0
***
Oyunun 74-cü dəqiqəsində Ə.Musa daha bir qola imza atıb: 2 - 0
Canlı yayımı BURADAN izləyə bilərsiniz