Hüseyn Yusifin “Qarabağ”a həsrət etdiyi mahnı UEFA`nın şikayəti əsasında Youtube platformasından silinib.
Buna səbəb olaraq isə müəllif hüquqları UEFA`ya məxsus olan kadrların klipdə icazəsiz istifadə edilməsidir. Müəllif klipi redaktə edərək həmin kadrları dəyişib yenidən platformaya dəfələrlə yükləsə də mahnının adının qadağanolunmuşlar siyahısında olması səbəbindən avtomatik olaraq silinmişdir. Hüseyn Yusifin çoxsaylı apelyasiya müraciətləri yekunda öz bəhrəsini verib və mahnının adı Youtube`un qadağanolunmuşlar siyahısından çıxarılıb. Müəllif yaranmış problemlə bağlı forofaktları Turkustan.info-ya təqdim edib.