Futbol üzrə İngiltərə yığması DÇ-2018-in qrup mərhələsinin II turunda Panama üzərində böyükhesablı qələbə qazanıb.
Nijnıy Novqorodun eyniadlı stadionunda keçirilən görüş 6:1 hesabı ilə avropalıların xeyrinə başa çatıb. İngiltərə yığması bu qələbə sayəsində xallarının sayını Belçika ilə birgə 6 xala çatdıraraq turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.
Panama və Tunis 1/8 finala çıxmaq şanslarını itirib.
DÇ-2018. 2-ci tur
G qrupu
İngiltərə – Panama - 6:1
Qollar: 1:0 – Stouns – 8, 2:0 – Keyn – 22 (pen), 3:0 – Linqard – 36, 4:0 – Stouns – 40, 5:0 – Keyn – 45+1 (pen), 6:0 – Keyn – 62, 6:1 – Baloy – 78