Türkiyənin "Qalatasaray" klubunun fransız ulduzu Bafetimbi Qomiş 15 iyul hərbi çevrilişə cəhdin ildönümü ilə bağlı paylaşım edib.
Qomiş hərbi çevrilişə qarşı mübarizə aparan insanları minnətdarlıqla xatırladığını bildirib:
"Bu gün türk qardaşlarım üçün çox mühüm bir gündür. Hazırda Türkiyədə belə yaxşı şərtlər altında yaşayırıqsa, bu, ölkələri üçün canlarını fəda edən insanların sayəsindədir. Onlara minnətdarıq. Şəhidlərimizi heç vaxt unutmayacağıq".
Qomiş paylaşımına Şəhidlər Körpüsünün də fotosunu əlavə edib.