İspaniya Milli Komandasının baş məşqçisi Luis Enrike komanda üzvlərinə yemək zamanı da daxil olmaqla cib telefonundan istifadə qadağasını tətbiq edib.
İspaniyada Enrike dönəmi müxtəlif dəyişikliklərlə başladı. Milli komandaya Barcelonadan Jordi Alba və Atletik Madriddən Kokeni dəvət etməyən Enrike oyunçuların davranışlarını nizamlamağı qarşısına məqsəd qoyub.
Bundan əlavə, oyunlar ərəfəsində oyunçuların ailə üzvləri və yaxınları ilə görüşləri də qadağan edilib.
İsco yeni qaydalardan şikayətçi olmadığını və bir az daha məsuliyyətli olmağən vacibliyini bildirib. “Yemək zamanı komanda yoldaşlarımızla əlaqə qurmaq yerinə mobil cihazlara diqqət ayırırıq” İsco söylədi.