İngiltərə milli komandasının sabiq futbolçusu Devid Bekhem İtaliya “Yuventus”unun hücumçusu Kriştiano Ronaldonu öz komandasında görmək istəyir.
Eurasia Diary “Report”a istinadən xəbər verir ki, Bekhem 2020-ci ildə 33 yaşlı futbolçunu sahibi olduğu “İnter Mayami” klubuna cəlb etmək üçün çalışacaq.
Qeyd edək ki, yeni yaradılan “İnter Mayami” klubu 2020-ci ildə ABŞ və Kanadanın ən yüksək liqası sayılan MLS-də mübarizə aparacaq.