Bu gün UEFA Millətlər Liqasında II turun növbəti matçları keçirilib.
Qardaş ölkə Türkiyə də B qrupunda mübarizəyə başlayıb. Səfərdə İsveçlə qarşılaşan Türkiyə millisi qarşılaşmanın gedişində hesabda 2-0 geri düşüb. Ancaq sonradan Türkiyə millisi 3 qol vuraraq qarşılaşmadan möhtəşəm qələbə ilə ayrılıb.
İsveç - Türkiyə - 2:3
Qol: İsaak Telin, 35. Viktor Klaesson, 49 - Hakan Çalhanoğlu, 51. Emre Akbaba, 88. 90
Xal durumu: İsveç - 0 xal (1 oyuna), Rusiya - 3 (1), Türkiyə - 3 (2)