Belarusun Brest şəhərində keçirilən gömrük xidmətləri arasında futzal üzrə 12-ci açıq birincilikdə Azərbaycan gömrükçüləri növbəti görüşünü bu gün Ermənistan komandasına qarşı keçirib.
Ölkəmizi yarışda təmsil edən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin komandası rəqibə 4:0 hesabı ilə qalib gəlib.
Ramazan Ağayev, Kamil Hacıyev, Orxan Məmmədov, Cavid Xəlilov, İlqar İsmayılov və Rahil Tahirlidən ibarət start heyətlə meydana çıxan komandamız turnirdə ilk qələbəsini qazanıb. Gömrükçülərimiz növbəti görüşünü sentyabrın 14-də Belarus komandasına qarşı keçirəcək.
Qeyd edək ki, turnirə 5 ölkə – Azərbaycan, Rusiya, Belarus, Ukrayna və Ermənistan komandaları qatılıblar. Brest şəhəri isə yerli komanda ilə təmsil olunur.