Floyd Meyvezer gələn il UFC çempionu Həbib Nurməhəmmədovla döyüşdən əvvəl UFC ulduzu Konor Makqreqorla yenidən döyüşmək niyyətində olduğunu bildirib.
Meyvezer Həbiblə döyüşmək fikrinin ciddi olduğunu açıqlayıb və Makqreqorla döyüşün hələ bitmədiyini söyləyib.
"Həbiblə mənim döyüşümdən əvvəl, Makqreqorla döyüşüm olacaq", Meyvez söyləyib.
"İnsanlar mənim niyə MMA döyüşçüləri ilə rinqə çıxmağımı müzakirə edirlər. Baxın, mən və Həbib fantastik göstəricilərə sahibik, mənlə Makqreqor yüksək nəticələr yaradırıq. Mən yüksək göstəriciləri olan idmançılarla rinqə çıxıram".
"Meyvezer-Həbib 2019-cu ildə olacaq", deyərək Meyvezer müsahibəni bitirib.