Fransanın PSJ klubunun ulduz futbolçusu Neymar İspaniya "Barselona"sına qayıdacağı haqqında yayılan xəbərləri təkzib edib.
Eurasia Diary Report-a istinadən xəbər verir ki, braziliyalı hücumçu bu barədə şəxsi "İnstagram" hesabından məlumat yayıb.
O, sosial şəbəkədə jurnal təsvirlərini paylaşıb və KİV-in məlumatlarını "saxta xəbərlər" (fake news) adlandırıb.
Qeyd edək ki, Neymar 2017-ci ilin yayında 222 milyon avro qarşılığında İspaniya "Barselona"sından PSJ-yə keçib. O, cari mövsüm Fransa klubunun heyətində müxtəlif turnirlərdə 11 oyuna 11 qol vurub.