Messi qolu qırıldığı üçün "Real" və "İnter"lə oyunları buraxacaq | Eurasia Diary - ednews.net

18 Noyabr,


Messi qolu qırıldığı üçün "Real" və "İnter"lə oyunları buraxacaq

İdman A- A A+

Argentina millisinin və İspaniyanın "Barselona" klubunun ulduz oyunçusu Lionel Messi İspaniya La Liqasının 9-ci turu çərçivəsində "Sevilya" ilə oyunda zədələnərək meydanı vaxtından əvvəl tərk edib.

Eurasia Diary AZƏRTAC-a istinadən xəbər verir ki, Messi "Sevilya" klubunun yarımmüdafiəçisi Franko Vaskeslə toqquşmadan sonra qolundan zədə alıb. Hadisə qarşılaşmanın 26-ci dəqiqəsində Kotolonya təmsilçisi hesabda 2:0 öndə olan vaxt baş verib. Argentinalı 26 dəqiqəyə həm fərqlənib, həm də məhsuldar ötürmə edib.

Qeyd edək ki, hazırda oyun 3:0 hesab ilə "Barselona" klubunun üstünlüyü ilə davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...