Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun ən yaxşı futbolçusu müəyyənləşib.
Eurasia Diary Peşekar Futbol Liqasının saytına istinadən xəbər verir ki, "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev ən yaxşı futbolçu adına layiq görülüb.
Bolqarıstanlı oyunçu X turda "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub etdikləri matçda ilk qolun müəllifi olub.
Qeyd edək ki, həftənin futbolçusu “InStat” şirkətinin təhlilinə əsasən müəyyənləşdirilir. Simeon Slavçev X turun rəmzi komandasında da yer alıb.