Rumıniyanın paytaxtı Buxarestdə keçirilən sambo üzrə dünya çempionatında ikinci günə start verilib.
Eurasia Diary xəbər verir ki, Bəxtiyar Abbasov (82 kq) Ermənistan idmançısı Davit Petrosyanla qarşılaşıb. O, tatamiyə 1 dəqiqədən gec gəldiyi üçün görüşə 0:3 hesabı ilə geridə başlayıb. Lakin tanınmış idmançımız rəqibindən ardıcıl 11 xal alıb və görüşün bitməsinə 3 dəqiqə 42 saniyə qalmış vaxtından erkən qələbə qazanıb – 11:3.
Qeyd edək ki, Bəxtiyar Abbasov üç il əvvəl Moskvada Anatoli Xarlampiyevin xatirəsinə həsr olunan Dünya Kubokunda bürünc medal qazanmışdı. O, çıxış etdiyi 90 kq çəki dərəcəsində çempion olmuş Aşot Danielyana görə səslənən Ermənistan himninə etiraz əlaməti olaraq çöməlmişdi.