Bu gün Azərbaycan Premyer Liqasının XI turuna iki gərgin oyunla yekun vurulacaq.
Eurasia Diary xəbər verir ki, hazırda Qəbələ şəhər stadionunda keçirilən matçda "Qəbələ" klubu "Qarabağ"la qarşılaşır. İlk hissədən sonra hesab 1-0 "Qəbələ"nin xeyirinədir. Oyunda hələ ki yeganə qolu 33-cü dəqiqədə S.C.Adeniyi vurub.
Günün digər matçı isə saat 19:30-da keçiriləcək və "Sumqayıt" "Keşlə"ni qəbul edəcək.
Qeyd edək ki, 10 turdan sonra "Qarabağ" 20 xalla 3-cü, "Qəbələ" isə 12 xalla 5-ci sıradadır. "Qarabağ" lider "Neftçi"nin xal itirdiyi həftədə qalib gələcəyi təqdirdə "flaqman"la arasındakı fərqi 3-ə endirəcək.
***
"Qarabağ" ikinci hissədə Emeqara (47), Miçel (65) və Ozobiçin (69) vurduğu qollarla "Qəbələ"ni 3-1 məğlub edib.
***
Futbol üzrə Azərbaycan Premyer Liqasda 11-ci turun oyunları davam edir.
Eurasia Diary xəbər verir ki, bu gün “Qəbələ” “Qarabağ”la qarşılaşacaq.
Qəbələ şəhər stadionunda keçiriləcək matç komandalar arasında 49-cu duel olacaq. Rəqiblər indiyədək 48 dəfə üz-üzə gəlib. Hesabında 11 qələbə olan “qırmızı-qaralar” 17 dəfə heç-heçə edib və 20 dəfə məğlub olub. Bu görüşlərdə "Qəbələ" 42, “Qarabağ” 59 qola sevinib.
“Qəbələ” 23-cu dəfə “Qarabağ”ı öz meydanında qəbul edəcək. Əvvəlki 22 ev oyununda 7 qələbəsi olan “qırmızı-qaralar” 7 heç-heçə edibvə 8 dəfə uduzub. Bu matçlarda tərəflər hərəyə 24 qol vurub.
Hazırda turnir cədvəlində "Qarabağ"ın 20, "Qəbələ"nin 12 xalı var.