Kosovo və Azərbaycan yığmaları arasındakı UEFA Millətlər Liqasının oyunu zamanı yerli azarkeşlər qonaq komandanın himninə qarşı hörmətsizlik ediblər.
Eurasia Diary Report-a istinadən xəbər verir ki, kosovolu fanatlar Azərbaycan himnini fitə basıblar.
Bu, himn bitənədək davam edib.
Qeyd edək ki, "Fadil Vokrri" stadionunda keçirilən oyun saat 23:45-də başlanıb.