Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın Sank-Peterburq şəhərində keçirilən rapid növü üzrə dünya çempionatında gümüş medal qazanıb.
Eurasia Diary-nin məlumatına görə, Məmmədyarov 10,5 xalla ikinci olub və gümüş medal qazanıb.
Onun son turda heç-heçə etdiyi rusiyalı Daniyel Dubov isə 11 xalla dünya çempionu olub. Bürünc medala isə 10,5 xalla ABŞ təmsilçisi Hikaru Nakamura sahib çıxıb.
Azərbaycanın digər təmsilçiləri Qədir Hüseynov 9 xalla 37-ci, Rauf Məmmədov 8 xalla 77-ci olub.