“Mançester Siti” İngiltərə Liqa Kubokunda II divizion klubu “Börton Albion”u darmadağın edib.
Eurasia Diary xəbər verir ki, “şəhərlilər” “Etihad”da rəqibinə doqquz cavabsız qol vurub.
İlk hissədə dörd, fasilədən sonra beş qola imza atılıb.
Görüşdə braziliyalı hücumçu Qabriel Jezus poker edib. Digər beş qola isə Kevin de Bröyne, Aleksandr Zinçenko, Filip Foden, Kayl Uolkervə Riyad Mahrez imza atıb.
Bu qələbə ilə İngiltərənin son çempionu finala vəsiqəni faktiki olaraq təmin edib.
Qeyd edək ki, tərəflər arasında cavab oyunu yanvarın 23-də keçiriləcək. Görüş iki min oturacağı olan “Pirelli” stadionunda keçiriləcək.