Emiliano Salanın ölüm səbəbi açıqlandı | Eurasia Diary - ednews.net

16 Fevral, Şənbə


Emiliano Salanın ölüm səbəbi açıqlandı

İdman A- A A+

Fransadan Böyük Britaniyaya yollanarkən təyyarə qəzasına uğrayan Emiliano Salanın ölüm səbəbi bəlli olub.

Eurasia Diary “The Sun” nəşrinə istinadən xəbər verir ki, La-Manş boğazında qəzaya düşən futbolçunun vəfatına səbəb boğulması olmayıb. Böyük Britaniyanın Qəza Tədqiqat Komissiyasının araşdırmasına görə, Sala başından və sinəsindən ağır zərbələr aldığı üçün dünyasını dəyişib.

28 yaşlı hücumçu yanvarın 19-u “Nant”dan “Kardiff Siti”yə 15 milyon funt-sterlinqə transfer edilmişdi. O, müqavilə imzaladıqdan sonra yarımçıq qalan işlərini həll etmək üçün Nant şəhərinə qayıtmışdı. Lakin yanvarın 21-i Böyük Britaniyaya qayıdarkən 59 yaşlı pilot David İbbotson idarə etdiyi ABŞ istehsalı olan "Piper-P46 Malibu" markalı təyyarə La-Manş boğazında radardan itmişdi.

Qeyd edək ki, argentinalı hücumçu “Nant”da 117 oyuna 42 qol vurmuşdu. O, “Kardiff Siti”nin ən bahalı transferi kimi klub tarixinə düşmüşdü.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...


loading...