Son vaxtlar ölkəmizdə uşaqlar arasında karatenin Şotokan növü üzrə bir sıra beynəlxalq tədbirlər keçirilib. Arpaçay və Zirvə Kuboku uğrunda keçirilən yarışlarda 10 ölkədən 200-dən yuxarı idmançı iştirak edib.
Eurasia Diary-nin verdiyi xəbərə görə, Azərbaycanın 7 yaşlı, karatenin gənc brilliantı Səlimli Elməddin Arpaçay və Zirvə beynəlxalq turnirlərinin həm kata, həm kumite növləri üzrə qızıl medala layiq görülüb. Qeyd edək ki, son iki ildə uşaqlar arasında keçirilən bütün yarışlarda Səlimli Elməddin kürsünün ən yüksək yerini tutub.
Bu qələbələrlə Səlimli Elməddin Yapon Şotokan məktəbinin nümayəndələri və Azərbaycan Karate Federasiyası tərəfindən birinci dan qara kəmərə layiq görülüb.