"Yuventus" klubunun yarımmüdafiəçisi Sami Xedira 20 fevralda keçiriləcək "Yuventus"-"Atletiko" qarşılaşmasını buraxmalı olacaq.
Buna səbəb kimi nizamsız və sürətli ürək döyüntüsü olub. Bununla yanaşı, həkimlərin qoyduğu diaqnozlar arasında başgicəllənməsi, tənginəfəslik və yorğunluq halları da əsas səbəblər kimi qeyd olunub.
Xatırladaq ki, 31 yaşlı Sami Xedira zədələr səbəbilə bu mövsüm cəmi 15 matçda iştirak edib.