Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti matçı keçirilib. “Atletiko” doğma meydanda “Yuventus”u qəbul edib. Matç ev sahibi komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları 78-ci dəqiqədə Ximenes, 83-cü dəqiqədə isə Qodin vurub.
Xatırladaq ki sarı vərəqə limitini doldurduqlarına görə "Atletiko"nun heyyətində Dieqo Kosta və Tomas Partiye, "Yuventus"un heyyətində isə Aleks Sandro cavab oyununu buraxacaqlar.
Cavab matçı 12 martda Turində keçiriləcək.